“Tezliklə MDB sammiti başlayacaq…”- İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB – (4)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul etdi.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini də qəbul etdi.

***

 Prezident İlham ƏLİYEV dedi:

-Əminəm ki, səfəriniz İsveçrə-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli addım olacaqdır.

Bildiyiniz kimi, bizim əlaqələrimiz uğurla inkişaf edir, bir çox sahələri əhatə edir. İlk növbədə, siyasi əlaqələr haqqında demək istərdim. Son 10 il ərzində hər il İsveçrə və Azərbaycan prezidentləri görüşür və ikitərəfli əməkdaşlıq haqqında fikir mübadiləsi aparırlar. Davos Dünya İqtisadi Forumunun burada, əlbəttə ki, xüsusi rolu vardır. Çünki Forum çərçivəsində bu görüşlər baş verir və bu il də istisna olmamışdır. Bu ilin yanvar ayında İsveçrə Prezidenti ilə görüşümü xatırlayıram. İkitərəfli əlaqələrimizin müxtəlif aspektləri geniş müzakirə edilmişdir və əlaqələrimizə yeni təkan verilmişdir. Eyni zamanda, deməliyəm ki, dövlət səfərləri də təşkil edilmişdir. Mən İsveçrədə dövlət səfərində olmuşam və İsveçrə prezidentləri Azərbaycanda dövlət səfərlərində olmuşlar.

Şadam ki, əlaqələrimiz təkcə siyasi dialoqla məhdudlaşmır, iqtisadi sahədə və sərmayə qoyuluşu sahəsində də yaxşı nəticələr vardır. İsveçrə şirkəti “Holcim” Azərbaycana yüz milyonlarla ölçülən sərmayə qoymuşdur. Həmçinin Azərbaycan şirkətləri də ölkənizə sərmayə qoyurlar və bu proses qarşılıqlı xarakter daşıyır.

Beynəlxalq maliyyə qurumları çərçivəsində də əməkdaşlığımızın xüsusi mənası vardır.

Əlbəttə, münasibətlərimizin ümumi kontekstində parlamentlərarası əlaqələr də önəmli yer tutur və əminəm ki, bu əlaqələrin inkişafı ilə əlaqədar sizin səfəriniz ççivəsində növbəti addımlar atılacaqdır.

Bir daha sizi salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm.

İsveçrə Kantonlar Şurasının sədri Jan-Rene FURNİYE dedi:

-Çox sağ olun, cənab Prezident. Əvvəla, biz Sizin ölkənizə minnətdarıq ki, bizi və nümayəndə heyətimizi səmimiyyətlə qəbul edir. Əlbəttə ki, bu gün səhər-səhər Sizin tərəfinizdən qəbul olunmaqdan böyük şərəf hissi duyuruq. Həmçinin hesab edirik ki, bu, aramızda olan əməkdaşlığı dərinləşdirmək üçün yaxşı bir fürsətdir.

Əlbəttə ki, mənim səfərimin məqsədinin digər bir hissəsi bizim Azərbaycan parlamenti ilə olan əlaqələrimizin daha da təkmilləşdirilməsi və gücləndirilməsindən ibarətdir.

Əslində hesab edirik ki, bu, həmçinin iki xalq arasında da böyük bir yaxınlaşmanın əlamətidir. Çünki bilirik ki, hazırda Azərbaycan öz Dövlət Neft Şirkəti vasitəsilə biz isveçrəlilərin gündəlik həyatında daha yaxından iştirak etməyə başlayıb.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyünü, dövlətimizin qaçqın və köçkünlərin sosial problemlərinin həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini qeyd etdi.

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye Azərbaycana səfərindən məmnunluğunu və ölkəmizdə inkişaf etmiş infrastrukturun şahidi olduğunu bildirdi.

Görüşdə Azərbaycanla İsveçrə arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə təsisatları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu, dövlət idarəçiliyinin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi aparılmasının vacibliyi qeyd olundu.

***

İlham Əliyev eyni zamanda, Bakıdakı Rus Kitab Evinin 10 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətini qəbul etdi.

rus-ilya-yeni

***

Prezident İlham ƏLİYEV dedi:

-Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov dedi:

-Buraya gələndə elə bil, öz evimizə gəlirik.

Prezident İlham Əliyev: Düzdür, belə də olmalıdır. Buyurun, əyləşin. Mən sizi görməyimə çox şadam. Siz bizə çox əlamətdar vaxtda gəlmisiniz. Mənim də Rusiyaya səfərim yenicə başa çatıb. Tezliklə də MDB sammiti başlayacaq.

Leonid Kalaşnikov: İlham Heydər oğlu, Sizin səfəriniz Rusiyada çox böyük effekt doğurdu. Sizə açığını deyim ki, çox səmimi görüş oldu. Bütün bunlar göstərildi.

Prezident İlham Əliyev: Heç kəs üçün sirr deyil ki, mənim Vladimir Vladimiroviçlə əslində qarşılıqlı hörmətə, qarşılıqlı anlaşmaya və əməkdaşlığı dərinləşdirmək cəhdlərinə əsaslanan, mötəbər, mən deyərdim ki, dost münasibətlərimiz mövcuddur. Əlbəttə, “Valday” forumuna dəvət olunmaq mənim üçün böyük şərəfdir. Forum özü də əhəmiyyətlidir, kimin dəvət etməsi də mühümdür. Vladimir Vladimiroviç məni hələ apreldə, bizim Pekində görüşümüz vaxtı dəvət etmişdi. Onda biz çox konstruktiv danışıqlar apardıq və indi Soçidə biz bir növ bu danışıqlarımıza yekun vururduq. Nə barədə razılaşırıqsa hamısı yerinə yetirilir. Əlbəttə, Prezidentlə görüş çox məzmunlu, səmimi keçdi. Mən buna çox şadam.

Rusiya Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikov Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının diqqətlə izlənildiyini və bu çıxışın böyük təəssüratlar doğurduğunu diqqətə çatdırdı. O, bu səfər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Rus Kitab Evinin 10 illiyinin qeyd olunacağını bildirdi və bu Kitab Evinin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə etdi.

Qonaq, həmçinin Azərbaycanda dövlət səviyyəsində rus dilinə olan qayğının nümunəvi xarakter daşıdığını qeyd etdi. Azərbaycanda 350-dən artıq orta məktəbdə tədrisin rus dilində aparıldığını və ali təhsil müəssisələrində rus bölmələrinin fəaliyyət göstərdiyini məmnunluqla vurğuladı.

Leonid Kalaşnikov, həmçinin Azərbaycanın və Rusiyanın parlamentləri arasında çox sıx əlaqələrin olduğunu qeyd etdi və Rusiyanın Avropa Şurasının Parlament Assambleyasında üzvlüyünün bərpasında Azərbaycan nümayəndə heyətinin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirdi.

Görüşdə Rusiya və Azərbaycan arasında elm, təhsil və digər humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

Prezident İlham ƏLİYEV dedi:

-İlk növbədə, sizi Baş Nazir vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Siz dəfələrlə Azərbaycanda səfərdə olmusunuz. Mən sizinlə keçirdiyim görüşləri böyük məmnunluq hissi ilə xatırlayıram. Bu dəfə siz qardaş ölkənin Baş Naziri kimi Azərbaycana səfər edirsiniz və sizin Baş Nazir kimi ilk xarici səfərinizdir. Bu, bizi olduqca məmnun edir. Birinci səfəriniz Azərbaycana edilir və bu, bir daha onu göstərir ki, Azərbaycan Gürcüstan üçün çox önəmli və ən yaxın tərəfdaşlardan biridir. Bizim üçün də Gürcüstan ən yaxın tərəfdaşdır və ən yaxın ölkələrdən biridir. Bizi birləşdirən ortaq tarix, ortaq coğrafi məkan əlaqələrimizin inkişafı üçün gözəl təməldir. Müstəqillik dövründə əlaqələrimiz uğurla inkişaf edib və bu gün bir çox sahələri əhatə edir. Biz beynəlxalq təşkilatlarda bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik.

Şadam ki, iqtisadi sahədə gözəl nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdədir. Birgə həyata keçirdiyimiz neft-qaz və nəqliyyat layihələri ikitərəfli formatdan çıxıb və qlobal məna daşıyır. Əlbəttə ki, insanlar arasındakı əlaqələr xüsusi məna daşıyır. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu əlaqələrin inkişafında çox önəmli amildir. Bir daha sizi salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm.

Gürcüstanın Baş Naziri Giorgi QAXARİYA dedi:

-Mənim üçün böyük şərəfdir ki, ilk xarici səfərimi məhz Azərbaycana edirəm. Bu, təsadüfi deyil ki, biz ilk səfəri Azərbaycan Respublikasına etdik. Biz bu qərarı ona görə qəbul etdik ki, düşmənə və dosta sübut edək, Azərbaycan və Gürcüstan arasında heç bir həll olunmayan məsələ yoxdur və ola bilməz.

Mən Sizinlə görüşləri xatırlayıram, biz bütün məsələlər ətrafında açıq söhbət edirdik. Bu, mənim üçün böyük təcrübə idi. Siz dediyiniz kimi, Azərbaycan və Gürcüstan ən yaxın dost və qardaş ölkələrdir. Həqiqətən bizim əməkdaşlığımız və tərəfdaşlığımız regional çərçivədən çıxdı və beynəlxalq müstəviyə yüksəldi, xüsusən iqtisadiyyat, nəqliyyat, ticarət məsələlərində. Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq formatda hər zaman dəstəkləyir. Bizim üçün çox vacib olan məsələdə – Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.

Əlbəttə ki, insanlarımız arasında mehriban, dost münasibətlər də çox mühümdür və vacibdir. Bizim xalqlar arasındakı əlaqələr uzunəsrlidir və mədəni əlaqələrdir. Bizim xalqlarımız arasında münasibətlərin böyük tarixi var.

Əminəm ki, bugünkü səfərim, bugünkü görüşlərimiz son dərəcə səmərəli olacaq, dosta və düşmənə bir daha göstərəcək ki, Gürcüstan və Azərbaycan arasındakı əlaqələr hər zaman dost əlaqələridir. Onlar arasında həll olunmayan məsələlər yoxdur və onlar hər zaman bütün məsələlərdən çıxış yolu tapa bilərlər.

Etikxeber.az

Read Previous

Gizlədilən qızıl-zinət əşyaları – AŞKARLANDI

Read Next

“Azərbaycanlı icması” Yuxarı Gövhər ağa məscidinin ermənilər tərəfindən “təmir-bərpası” ilə bağlı bəyanat yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir