İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova-ZƏNG ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edib.

Prezidentin mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və Türkmənistanın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkmənistan Prezidenti göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Türkmənistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın uğurla davam etdiriləcəyinə əminlik bildirilib.

Etikxeber.az

Read Previous

“Sonra gec olacaq…Artıq gecikirik…”-ELNUR ALLAHVERDİYEV SEÇİCİLƏRİNƏ VƏ ÖLKƏ VƏTƏNDAŞLARINA NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ

Read Next

Daha 544 yoluxma-DAHA 8 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir