İlham Əliyev Qusmanı “Şərəf”lə təltif etdi – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilsin.

Dövlət başçısının təbrikində isə bunlar deyilir:

“Hörmətli Mixail Solomonoviç. 

70 illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırıb. Dəyişməz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyət formulu” layihəsi Sizin xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində bütün dünyada tamaşaçı auditoriyasında çox populyardır.

Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz. Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm”.

Etikxeber.az

Read Previous

Tahir Mirkişili-“HESABAT” VERDİ… – FOTO-VİDEO

Read Next

Kamilə Əliyeva-SEÇİCİLƏRİ ARASINDA -FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir