İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd oldu

Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeyd alıb.

Etikxeber.az-ın məlumatına görə, bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.

İclasda nəzərə çatdırılıb ki, 900 imza vərəqində təqdim edilən 45 min imzadan 42 min imza yoxlanılıb və bu imzalar etibarlı olub. Seçki Məcəlləsinə əsasən 42 min etibarlı imza İlham Əliyevin namizədliyinin qeydə alınması üçün yetərli olduğundan yoxlama prosesi dayandırılıb.

ILHAM ELIYEV

msk-mezi

Çıxışlardan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla, İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olub.

Etikxeber.az

Read Previous

Zahid Orucun imzatoplama kampaniyası yekunlaşır…

Read Next

İlham Əliyev Mingəçecirə 3 milyon manat ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir