İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını-ZİYARƏT ETDİLƏR – FOTOLAR – YENİLƏNİB

Mayın 10-da, xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət etdilər.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoydular, Ulu Öndərin xatirəsini ehtiramla andılar.

Sonra dövlətimizin başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.

Prezident və birinci xanım görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzdülər.

***

Etikxeber.az

Read Previous

“Onun SSRİ-nin rəhbərlərindən biri olması Türk dünyasının qələbəsi və təntənəsi idi…”-MİLLƏT VƏKİLİ

Read Next

Prezident və Birinci xanım Heydər Əliyevin doğum günü münasibətilə-AGAC ƏKDİLƏR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir