İlham Əliyev Xudafərin körpüsündə-AZƏRBAYCAN BAYRAĞINI QALDIRDI – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfər zamanı Xudafərin körpüsünə baş çəkiblər.

Etikxeber.az  xəbər verir ki, Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəziblər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdiriblər.

Daha sonra dövlət başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşüblər.

Etikxeber.az

Read Previous

“44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi: Demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik…”- İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində-OLUBLAR… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Bu təşəbbüsə dəstək verənlər sonda ya peşiman olmağa ya da geriya addım atmağa məhkumdurlar”-MİLLƏT VƏKİLİNDƏN FRANSA VƏ PARİS MERİYASINA KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir