İlham Əliyev Yeni Zelandiyanın baş nazirinə başsağlığı verdi…

Ölkə prezidenti İlham Əliyev Yeni Zelandiyanın baş naziri Casinda Ardernə başsağlığı məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli xanım Baş nazir,

Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

zellan

Qeyd edək ki, Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən iki məscidə silahlı hücum nəticəsində həlak olanların sayı 49 nəfərə çatıb.

Belə ki, Dins-avenyu məscidində 41 nəfər, Linvud məscidində isə 7 nəfər həlak olub. Həmçinin xəstəxanalara yerləşdirilən yaralılardan biri həyatını itirib. Hazırda xəstəxanalarda güllə yarası alan 39 nəfər müalicə olunur.

Onu da xatırladaq ki, Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən iki məscidə cümə namazı vaxtı silahlı hücum edilib. Məscidlərin birində atəş açan şəxsin Avstraliya vətəndaşı Brenton Tarrant olduğu məlumdur. O, hücumu sosial şəbəkədə canlı yayımlayıb, hadisədən öncə isə 37 səhifəlik manifest dərc edib. Brenton Tarrant öz ultra-sağ baxışları ilə tanınır. Hazırda polis onun axtarışlarını davam etdirir. Həmçinin hücumda şübhəli bilinən 4 nəfər də saxlanılıb.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern hadisəni ölkə tarixinin ən qara günlərindən biri və terror aktı adlandırıb.

Etikxeber.az

 

Read Previous

İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir – RƏŞAD MAHMUDOV

Read Next

Nəsiminin nəşi Azərbaycana gətirilsin – TAHİR KƏRİMLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir