İlham Əliyevlə bağlı imzatoplama kampaniyası başa çatdı

İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün Yeni Azərbaycan Partiyasının (YAP) yerli strukturları tərəfindən həyata keçirilmiş imzatoplama kampaniyası başa çatıb.

YAP-dan Etikxeber.az-a verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır.

yap-ilya

Partiya isə mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.

İcra Katibliyində toplanmış imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.

Etikxeber.az

Read Previous

“Sahibkarların maliyyə resurslarına çıxışını yaxşılaşdırmalıyıq” – AKADEMİK

Read Next

“O il yoxdur ki…” – AKADEMİK – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir