İlham Əliyevlə Putin arasında-NÖVBƏTİ TELEFON DANIŞIĞI…

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

Etikxeber.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq bildirilib.

Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər.

Söhbətin gedişində 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinə müvafiq olaraq nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilib.

Regionda uzunmüddətli sülhün təmin ediləcəyinə əminlik bildirilib.

Etikxeber.az

Read Previous

Daha bir sənətkarı-XALQ ARTİSTİ ƏJDƏR HƏMİDOVU İTİRDİK…

Read Next

“Artıq qara 2 aprel yoxdur, artıq Şanlı 25 noyabr var…Kəlbəcər artıq öz sahibindədir!”-ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir