İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini-QƏBUL ETDİ – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.

Etikxeber.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib.

Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulanıb.

Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Etikxeber.az

Read Previous

Sabah Anım günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-TƏK, SUBAY OĞULLAR ELMƏDDİN NAMAZOV VƏ ASİM CƏFƏRLİ, AİLƏNİN İKİ ÖVLADINDAN, İKİ QARDAŞDAN BİRİ SƏBUHİ ORUCOV – FOTOLAR

Read Next

“Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik və çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir