İlham Əliyev Gürcüstanın ölkəmizdəki yeni səfirini-QƏBUL ETDİ – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.

Etikxeber.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırladı.

Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin və böyük gələcəyinin olduğunu deyən dövlətimizin başçısı iki müstəqil dövlət kimi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladı, xalqlarımızın qardaşlıq əlaqələrinin olduğunu bildirdi.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Qəbula görə minnətdarlığını bildirən Qiorqi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən böyük şərəf hissi duyduğunu dedi. Səfir ölkələrimizin strateji tərəfdaş, xalqlarımızın isə bir-birinə yaxın olduqlarını vurğuladı.

O, fəaliyyəti dövründə Azərbaycanla Gürcüstan arasında tarixən mövcud əməkdaşlığı daha da genişləndirmək üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Söhbət zamanı siyasi əlaqələrimizin inkişafından məmnunluq ifadə olundu, iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Ölkələrimizin enerji və nəqliyyat sahələrində həyata keçirdikləri birgə layihələrə toxunuldu, onların yalnız regional deyil, eyni zamanda, qlobal səviyyədə mühüm əhəmiyyət daşıdıqları vurğulandı.

Etikxeber.az

Read Previous

16 oktyabrda Anım günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-TƏK ÖVLAD ELMAR İBRAHİMOV, TƏK OĞUL, KOLLEC TƏHSİLLİ EMİL SADIQZADƏ, YEDDİ BACININ TƏK QARDAŞI ELŞƏN KƏRİMOV, İKİ QARDAŞDAN BİRİ SALEH ƏLİYEV, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ ƏRƏSTUN XIDIROV – FOTOLAR

Read Next

İkinci Vətən Müharibəsi Şəhidləri, tək oğullar-ali təhsilli Ataməli Musaoğlu və orta təhsilli Ruslan Abbasovun-ANIM GÜNLƏRİNDƏ MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSLƏRİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir