İlham Əliyev Məsud Pezeşkian ilə görüşdü-BU DƏFƏ TÜRKMƏNBAŞIDA – FOTO

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü olub.

Etikxeber.az xəbər verir ki, söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlandı, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olundu.

Prezident Məsud Pezeşkian ölkələrimiz arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini bir daha bildirdi.

Dövlətimizin başçısı İranın qeyri-üzv dövlət kimi “MDB plyus” formatında ilk dəfə iştirakına toxundu.

Görüşdə Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla qeyd edildi.

Söhbət əsnasında vurğulandı ki, Qırğızıstanın paytaxtı Bişkekdə dövlət başçılarının sonuncu görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində iki ölkənin aidiyyəti qurumları fəaliyyətini davam etdirir.

Etikxeber.az

Read Previous

“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazırdır…”-İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud və geniş tərkibdə iclasında-İŞTİRAK VƏ ÇIXIŞ ETDİ – FOTO – YENİLƏNİB – (5)

Read Next

İki qardaşdan biri, subay, Gizir, “Azərbaycan Bayrağı” ordenli, Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Orxan Namazov və cəmi 18 yaşında Şəhadətə qovuşan, Şəhidliyindən sonra dünyaya gələn qardaşına adı verilən həm Bərdəli, həm də Şuşalı İkinci Qarabağ Savaşı Şəhidi Samir Ələkbərli-BU GÜN ANIM GÜNLƏRİDİR, ƏBƏDİYYƏTƏ UĞURLANMALARINDAN 6 İL KEÇİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir