“Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir…”-İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə-İŞTİRAK VƏ ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəldi.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamladı.

Sonra “ŞƏT plyus” formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdirdilər.

11:05

***

Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı.

Bu sözləri Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, həmin tarixi sənəd Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri ən yüksək səviyyəyə qaldırdı.

***

Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular.

Bu barədə Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.

14:35

***

Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.

Bu fikri Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı səsləndirib.

Etikxeber.az

Read Previous

Əliyevlə Ərdoğan bu dəfə Bişkekdə-GÖRÜŞDÜLƏR – FOTO

Read Next

Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi Əli Məmmədovun-28 YAŞININ TAMAMINDA, MÖVLUDUNDA MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ TƏŞKİL EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir