İlham Məmmədovun seçicilərlə görüşləri – NECƏ KEÇİR? – FOTOLAR

Milli Məclisə (MM) seçkilərdə 48 saylı Yevlax seçki dairəsindən deputatlığa Yeni Azərbaycan Partiyasının (YAP) namizədi  İlham Məmmədovun təbliğat-təşviqat kampaniyası davam edir.

Etikxeber.az yap2020.az-a istinadən xəbər verir ki, növbəti görüş YAP Mərkəzi Seçki Qəragahının Yevlax rayon şöbəsində şəhər ictimayətinin nümayəndələri ilə baş tutdu.

“Deputatlığa namizəd İlham Məmmədov 2020-ci Parlament seçkilərinə partiyamızın möhtəşəm hesabatı və növbəti 5 il üçün proqramı ilə seçicləri tanış etdi, uğurlarımızın qısa siyahısını seçicilərin nəzərinə çatdırdı və daha güclü Azərbaycan naminə Azərbaycanın gələcəyinə səs verək şüarının məhz möhtərəm Prezidentimizin ölkəmizin inkişafı naminə apardığı siyasətin bundan sonrada davam etməsinə xidmət edəcəyini bildirərək yevlaxlı seçicilərə Yeni Azərbaycan Partyiyasının vahid namizədinə səs verməyə çağırdı.Çıxış edənlər hər biri ölkəmizin bugünkü inkişafını , ölkəmizədə höküm sürüən siyasi sabitliyi yüksək qiymətləndirdiklərini, bu inkişaf, bu tərqqi və bu əmin-amanlığın davamı üçün hər zaman cənab Prezidentin ətrafında olacaqlarını bildirərək 2020-ci il parlament seçkilərində məhz Yeni Azərbaycan Partriyasının namizədinə səs verəcəklərini bildirdilər”-deyə, saytda qeyd olunur.

Qeyd edək ki, ixtisasca həkim olan İ. Məmmədov Yevlaxı, adıçəkilən dairəni 3-cü çağırışdan, 2005-ci ildən Milli Məclisdə (MM) təmsil edir.

Onun namizədliyi YAP tərəfindən 4-cü dəfə dəstəklənib.

MM-in Səhiyyə, Əmək və sosial siyasət komitələrinin üzvüdür.

Səhiyyə, sosial siyasətlə bağlı bir neçə qanun layihəsinin, o cümlədən, “Ailə həkimi haqqında” qanun layihəsinin təşəbbüskarlarındandır.

Fəal millət vəkillərindəndir.

Etikxeber.az

Read Previous

“Bu gün dünyanı sosial şəbəkələr idarə edir…” – MSK SƏDRİ

Read Next

“Görüş yerinə gələndə məlum oldu ki…” – AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir