İlham Zəkiyev: “Olimpiyaçılarımızın yaratdığı ab-havanın Rioda paralimpiyaçılar tərəfindən davam etdirilməsinə səy göstərəcəyik”

Ilham Zekiyev

Elçin Muradov: “Komandamızın ilk yarışını mən açacağam və yüksək nəticə qazanmağa çalışacağam

XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın Paralimpiya yığması Braziliyaya yüksək mükafat arzusu və həvəsi ilə yollanıb.

Etikxeber.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli şəkildə yola salınan idmançılarımız səfər öncəsi yarış haqda fikirlərini jurnalistlərə bildiriblər.

İlham Zəkiyev (Paralimpiya Oyunlarının ikiqat qızıl medalçısı, Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi): “Olimpiyaçılarımızın yaratdığı zəfər ab-havasının Rioda paralimpiyaçılar tərəfindən davam etdirilməsinə səy göstərəcəyik. Bütün gücümüzü səfərbər edəcək və çalışacağıq ki, öz nailiyyətlərimizlə xalqımızı sevindirək. Xırda zədə problemlərini nəzərə almasaq, komandamızın ümumi hazırlıq prosesi çox yüksək səviyyədədir. Olimpiyaçılarımız 18 medal qazanıblar və biz də onların uğurunu təkrarlamağa səy göstərəcəyik”.

Elçin Muradov (üçqat Avropa çempionu): “Üçüncü Paralimpiya Oyunlarının iştirakçısıyam. Bundan əvvəl Pekində və Londonda təmsil olunmuşam. Komandamızın ilk yarışını mən açacağam və yüksək nəticə qazanmağa çalışacağam”.

Paralimpiyaçıları dəstəkləməyə gələnlər arasında uşaqlar da var idi. Onlardan biri olan Murad Məmmədov deyib: “Mən bu gün özümə borc bildim ki, başda bayraqdarımız İlham Zəkiyev olmaqla bütün paralimpiyaçı dostlarımızı Rio-de-Janeyroya yola salmaq üçün buraya gəlim. İnanıram ki, idmançılarımız uğurlu çıxışları ilə yüksək nəticələr əldə edəcəklər”.

Etikxeber.az

Read Previous

Quba rayonunda yağan güclü yağış ciddi fəsadlar törətdi

Read Next

Düşmən bu gecə də təxribatından əl şəkmədi, atəşkəsi pozdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir