İlin ən yaxşı pleymeykerləri açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı pleymeykerinin adını açıqlayıb.

Etikxeber.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, federasiya tərəfindən keçirilən sorğunun qalibi İspaniyanın “Barselona” futbol klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi olub. Belə ki, Messi 172 səs toplayıb. İkinci yeri “Barselona”nın digər üzvü Andres İnyesta (66), üçüncü pilləni isə “Real Madrid” komandasının və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos (45) tutub.

Qadınlar arasında ən güclü oyun qurucusu isə 80 səslə Almaniya yığmasının və Fransanın “Lion” klubunun futbolçusu Cenifer Marozsan olub. Braziliyalı Marta 72 səslə ikinci, fransalı Kamille Abili isə 61 səslə üçüncü yerə layiq görülüb.

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva: “Bu, sizin ən böyük xoşbəxtliyinizdir…” – FOTO

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir