İlin əvvəlindən 275 çoxmərtəbəli bina qazlaşdırılıb

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, “Azəriqaz” 2016-cı ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 275 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Birlikdən Etikxeber.az-a verilən məlumata görə, həmin binalarda ümumilikdə 8434 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Etikxeber.az

Read Previous

Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi artıb – 29 faiz

Read Next

Əməkdar artist Moskvada vokal gecəsində çıxış edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir