İlin sonuna kimi 500-ə yaxın insan mənzillə təmin ediləcək – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

***

mehrib-ilya-1

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısına məlumat verib ki, nazirlik “ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Daimi qaz, su və işıqla təchiz edilən mənzillər yüksək səviyyədə təmir olunub, bütün zəruri avadanlıq, o cümlədən mətbəx mebeli quraşdırılıb. Bundan başqa, mənzillərdə kombi sistemi də qurulub.

Sonra dövlət başçısı əlil və şəhid ailələrinin üzvləri ilə görüşüb.

Prezident İlham Əliyev mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.

Ümumilikdə, 136 vətəndaşa “Khazar LX” avtomobili verildi. Onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən Müharibəsi və Çernobıl əlilləridir. “Khazar LX” avtomobilləri Neftçala Sənaye Parkında fəaliyyət göstərən “Azərmaş” MMC tərəfindən istehsal olunub. Sosial məsuliyyət prinsipləri çərçivəsində şirkət əlavə olaraq 3 avtomobil də təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

***

“Son 20 ildə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik avtomobili verilib”.

Bunu isə prezident İlham Əliyev  mərasimində çıxışında deyib.

Prezident əlavə edib ki, bu, dövlətin həmin şəxslərə qayğısının göstəricisidir:

“Dövlətin bu siyasəti bu gün də davam etdirilir. Bu gün sizə 35 mənzil təqdim edilib. Dövlət bu mənzilləri satın alıb və sizə hədiyyə edib. 136 minik avtomobili də sizə hədiyyədir. İlin sonuna qədər nəzərdə tutulan rəqəm 170 mənzil və fərdi evdir. Hələ də 4 minə yaxın insan növbədədir. Onlar üçün də əlavə vəsait ayıraraq minimum 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm və beləliklə, ilin sonuna kimi 500-ə yaxın insan mənzillə təmin ediləcək”.

Etikxeber.az

Read Previous

Aqil Ələsgər sərbəst buraxıldı – YENİLƏNİB

Read Next

Şəhərsalma Baş İdarəsi Arxitektura Komitəsinin tabeliyinə verilir – FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir