“İlin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcək” – SAHİBƏ QAFAROVA – RƏYLƏR

Kamilə ƏLİYEVA: Son zamanlar hər bir kəsi narahat edən  və maraqlandıran süni qiymət artımı ilə bağlı məsələ dövlət başçısının birbaşa özü tərəfindən vurğunlandı, diqqətə çatdırıldı, bunun yolverilməzliyi və qarşısının alınmasının zəruriliyi bəyan olundu. Dövlət başçısı bu məsələ ilə əlaqədar çox ciddi tapşırıqlarını verdi və inanıram ki, bu tapşırıqlar da çox keçmədən öz müsbət nəticəsini verəcək, hər bir kəsin narahatçılığına son qoyulacaq, süni qiymət artımı aradan qaldırılacaq

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, əhalinin rifahı – həyat səviyyəsi davamlı olaraq yaxşılaşır. Ölkə iqtisadiyyatının inkişaf tempini əks etdirən rəqəmlər – statistik göstəricilər də onu deməyə əsas verir ki, qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra olunur, Azərbaycanın qarşısında yeni perspektivlər açılır.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat, professor Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, iyulun 31-də  ölkə Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə səsləndirilən faktlar və reallıqlar bır sıra məqamların üzərinə yenidən işıq saldı:

“Müşavirədə qeyd edildi ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artıb. Qeyri-neft sənayesində isə artım göstəricisi 15,7 faizdir. Bu rəqəmlər iqtisadi inkişaf strategiyasının son altı ayda da uğurla icra edildiyini, səmərəli nəticələr əldə olunduğunu göstərir. Xüsusilə də, qeyri-neft sektorunda artım tempinin davam etməsi təqdirəlayiq haldır”.

Deputat əlavə edib ki, 2019-cu ilin birinci yarısının sosial-iqtisadi göstəriciləri olduqca müsbətdir. Ayrı-ayrı sahələrə nəzər yetirdikdə bunu aydın müşahidə etmək olur. Bu ilin altı ayında kənd təsərrüfatı 13 faiz, Azərbaycanın ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Bununla yanaşı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Azərbaycanın valyuta ehtiyatları 49 milyard dollar çatıb, xarici borcu 4 faiz aşağı düşüb. Eyni zamanda, insanların rahatlığına xidmət edən infrastruktur layihələri uğurla icra olunub. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində bölgələrdə abadlıq-quruculuq işləri ardıcıl olaraq davam etdirilib, həmçinin paytaxt Bakının abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər görülüb.

“Cari ilin altı ayında sosial məsələlərin həlli də xüsusi diqqət mərkəzində olub, atılan addımlar, həyata keçirilən tədbirlər ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durduğunu bir daha təsdiqləyib. Bu ilin əvvəlində çox böyük sosial paketin təsdiqlənməsi, sosial təşəbbüslərin 4 milyondan çox insanı əhatə etməsi əhalinin rifah halının daha da yaxşılaşmasını təmin edib. Minimum əməkhaqqının təxminən 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlərin isə 50 faiz qaldırılması, eləcə də minimum pensiyanın 116 manatdan 200 manata çatdırılması, ilin əvvəlindən 60 min iş yerinin açılması və digər müsbət reallıqlar məqsədyönlü sosial siyasətin uğurla davam etdirilməsindən xəbər verir” – deyən S.Qafarova bildirib ki, bütün bu tədbirlər sıravi insanların, o cümlədən fermerlərin, kənd sakinlərinin, təqaüdçülərin, əlillərin, müharibə veteranlarının, aztəminatlı ailələrin və s. həyatında ciddi pozitiv dəyişikliklərə səbəb olub. Bu il reallaşan layihələr, milyardlarla dollar həcmində olan bu təşəbbüslər Azərbaycan dövlətinin niyyətini, siyasətinin məqsədini göstərir. Sözügedən müşavirədə də Prezident İlham Əliyev bir daha vurğuladı ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcək”.

Deputat deyib ki, sadalanan göstəricilər də bir daha ölkəmizin dayanıqlı inkişaf yolu ilə getdiyini təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bir neçə il bundan əvvəl dünyanı sarsıdan iqtisadi-maliyyə böhranından şərəflə çıxa bilib:

“Azərbaycan öz valyuta resurslarını qoruyaraq təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplayıb. Əlbəttə ki, bu, dövlətimizin başçısının da vurğuladığı kimi, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır”.

Hazırda ölkəmizin yeni iqtisadi model həyata keçirdiyini xatırladan S. Qafarova əlavə edib ki, ölkəmiz innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf edir və bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır.

“2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəlcədən gözlənilirdi. Bu artımı şərtləndirən əsas amillər kimi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan iqtisadi islahatlar, ölkədə islahatlar üçün əlverişli mühitin olması, uzun illər ərzində həyata keçirilən iri layihələrin, inşa edilən müəssisələrin fəaliyyətə başlamasını göstərmək olar”.

Bu fikirləri isə deputat Tahir Mirkişili deyib.

SAHİBAAAA

mirkisili tahir

kamilla-13

T.Mirkişili bildirib ki, son 6 ayın iqtisadi yekunları aşağıdakı mühüm nəticələrə gəlməyə imkan verir. Birincisi, aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyələrinə iqtisadi subyektlər lazımı dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstərmişlər. Belə ki, ötən müddət ərzində ÜDM-in 2.4%, qeyri-neft sektorunun 3.2%, qeyri-neft sənayesinin 15.7%, kənd təsərrüfatı istehsalının 13%, qeyri-neft ixracının 15%, valyuta ehtiyatlarının 4 mlrd dollar artması deyilənlərə sübutdur.

İkincisi,  2018-ci ildə qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv etmiş və iqtisadi subyektlərin şəffavlığa və haqlı rəqabətə inamını daha artırmışdır. 2019-cu ilin 6 ayının yekunlarına əsasən dövlət büdcəsi gəlirlərinin 440 mln manat artması, vergi yığımlarının 8.8%, gömrük yığımlarının 8% artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70%-i ötməsi, 100 mindən çox yeni əmək müqavilələrinin imzalanması bu deyilənlərə sübutdur.

“Eyni zamanda, ötən müddət ərzində iqtisadiyyatın effektiv tənzimlənməsi artan bütün gəlirlərin 4 milyondam çox insanın sosial qayğısının gücləndirilməsinə yönəltməyə imkan vermişdir. Bütün bu artımlar fonunda inflyasiya cəmi 2.5% olmuş, əhalinin gəlirləri isə 6.6% artmışdır. Göründüyü kimi, bütün bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir. Hər bir elementin müsbət dinamika göstərməsi atılan addımların effektivliyindən xəbət verir. Düşünürəm ki, ölkə başçısının “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir” tezisi Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə etməyə imkan yaradacaq”.

Digər millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva da qeyd edib ki, ölkə Prezidentinin yanında keçirilən müşavirə özünün əhatə dairəsinə, müzakirə olunan məsələlərin çoxluğuna və zənginliyinə görə, seçilib, fərqlənib.

Bildirib ki, son müşavirədə ölkə həyatı ilə bağlı, xüsusilə, iqtisadi və sosial sfera ilə əlaqəli elə bir məsələ qalmayıb ki, diqqətdən kənarda saxlanılsın, ona toxunulmamış olsun:

“Müşavirədə iqtisadi sferanın, iqtisadi blokun bütün nümayəndələri hər biri məsələ geniş və hərtərəfli müzakirə olundu, müsbət müsbət məqamlar da, həllini gözləyən məsələlər də bir-bir dilə gətirildi, qeyd edildi və dövlət başçısı tərəfindən ciddi tapşırıqlar və göstərişlər verildi. Xüsusilə də, son zamanlar hər bir kəsi narahat edən  və maraqlandıran süni qiymət artımı ilə bağlı məsələ dövlət başçısının birbaşa özü tərəfindən vurğunlandı, diqqətə çatdırıldı, bunun yolverilməzliyi və qarşısının alınmasının zəruriliyi bəyan olundu. Dövlət başçısı bu məsələ ilə əlaqədar çox ciddi tapşırıqlarını verdi və inanıram ki, bu tapşırıqlar da çox keçmədən öz müsbət nəticəsini verəcək, hər bir kəsin narahatçılığına son qoyulacaq, süni qiymət artımı aradan qaldırılacaq. Eyni zamanda, büdcə vəsaitlərinin qənaətlə istifadə olunması və bu məsələyə dövlət nəzarətinin artırılması məsələsi də önə çəkildi ki, hesab edirəm bu yöndə də müsbətə irəliləyişlərə və  müsbətə dönüşə nail olunacaq. Bu büdcə dövlətimizin, hər birimizin büdcəsidir və onun hər qəpiyinin də qədrini bilməliyik, ondan səmərəli istifadə etməliyik. Bu məsələdə özfəaliyyətə yol verilə bilməz və verilməməlidir, hər bir kəs öz məsuliyyətini hiss etməlidir və çox güman ki, belə də olacaq, hamı, aidiyyatı qurumlar və şəxslər bundan dərs çıxaracaqlar”.

K. Əliyeva da həmkarları kimi qeyd edib ki, ümumiyyətlə, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək.

“Çünki Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib”-deyən millət vəkilinin bildirdiyinə görə, bu ilin əvvəlində təsdiqlənən böyük sosial paket 4 milyondan çox insanı əhatə edir.

“Burada birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz olmaqla minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Minimum əməkhaqqı da təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Eyni zamanda, problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb. Həmçinin, 300 mindən çox əlilliyi olan şəxslərin, 500 minə qədər məcburi köçkünün, 100 mindən artıq tələbə və gənclərin, ümumilikdə 1,3 milyon insanımızın gəlirləri də çox əhəmiyyətli şəkildə artırılıb.

Onu da qeyd edim ki, ilk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket isə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Əlbəttə ki, davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək”-deyə, qeyd edən millət vəkili onu da vurğulayıb ki, Azərbaycanda minimum əməkhaqqının iki dəfə, minimum pensiyanın 72 faizlik artımı nəticəsində ölkəmiz MDB-də müvafiq olaraq 1 və 2-ci yerlərdə qərarlaşacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Neftçi”- Arsenal”- 3:0 – “NEFTÇİ” NÖVBƏTİ TƏSNİFAT MƏRHƏLƏSİNDƏ – YENİLƏNİB – (7)

Read Next

“Neftçi” və “Qarabağ”ın Avroliqanın pley-offundakı səbətləri məlum oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir