“İlk böyük beynəlxalq uğurunuzu məhz Azərbaycanda qazana bilərsiniz…” – BAŞ NAZİRİN MÜAVİNİ – FOTOLAR

Azərbaycan yüksək idman nailiyyətlərinə malik bir ölkədir. Bu nailiyyətlərin əsası isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına qoşulmuş, ölkəmizdə Olimpiya komplekslərinin, müxtəlif idman qurğuları və mərkəzlərinin tikintisinə start verilmişdir. Azərbaycanı müasir, dünyəvi, sabit və demokratik bir ölkəyə çevirən Heydər Əliyevin uzaqgörən siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev əzmlə davam etdirir.

Etikxeber.az xəbər verir ki, bunu baş nazirin minivani, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov Festivalın açılış mərasimində deyib.

Y. Eyyubovun sözlərinə görə, İlham Əliyevin idmançılara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artmışdır. Hazırda Bakı şəhərində və Azərbaycanın bütün regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət göstərir ki, bu da güclü idmançılar hazırlanması ilə yanaşı, əhalinin sağlam həyat tərzi sürməsinə də hərtərəfli şərait yaradır:

fest-9

“Azərbaycan ən mötəbər beynəlxalq idman tədbirlərinin, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının keçirilməsində kifayət qədər böyük təcrübəyə malik bir ölkədir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu silsilədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə Bakı şəhərində keçirilmiş ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq miqyaslı idman tədbirləri yüksək peşəkarlığı ilə bütün dünyada əks-sədaya səbəb olmuşdur. Biz əminik ki, bu gün açılışını etdiyimiz və Avropanın 48 ölkəsindən təqribən üç mindən çox gənc idmançının qatıldığı XV Avropa Gənclər Olimpiya Festivalı da ən yüksək səviyyədə keçirəcəyimiz növbəti idman tədbirlərindən biri olacaqdır. Yarışlar Bakıda 12 möhtəşəm idman arenasında idmanın 10 növü üzrə keçiriləcəkdir.

Əziz gənc atletlər, bizim üçün çox sevindirici haldır ki, siz ilk böyük beynəlxalq uğurunuzu məhz Azərbaycanda qazana bilərsiniz. Heç şübhəsiz deyə bilərik ki, sizlərin sırasında gələcək Olimpiya, dünya və Avropa çempionları olacaqdır. Əminik ki, siz gənclər aparacağınız idman mübarizəsi ilə yanaşı, bir-birinizlə yaxından tanış olacaq, özünüzə çoxlu dost və rəfiqə tapacaq, öz bacarıq, mədəniyyət və tarixlərinizi də paylaşacaq, o cümlədən keçmiş və müasirliyin vəhdətini təşkil edən əzəmətli Bakımızın füsunkar gözəlliyindən zövq alacaqsınız.

Ənənəvi olaraq bu festivalın işinə də könüllülər cəlb olunmuşdur. 3500 gənc könüllü festivalın təşkili və yüksək səviyyədə keçirilməsində yaxından iştirak edəcək. Biz onların hər birinə dərin təşəkkür və ehtiramımızı bildiririk.

Möhtərəm cənab Prezident, XV Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsi Avropa Olimpiya Komitələrinin qarşımıza qoyduğu bütün tələbləri yerinə yetirmişdir və Azərbaycan bu festivalın keçirilməsinə tam hazırdır”.

Etikxeber.az

Read Previous

“I Pyotr və Atatürk öz xalqlarının tarixində hansı yeri tuturlarsa” – AKADEMİK

Read Next

“Elçibəyin adını çəkən kimi geri çəkildilər…” – SABİQ DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir