“İlk məvacibin bir hissəsinin nəcib məqsədlərə xərclənməsi ilə bağlı xalqımızın gözəl adətləri var ki…”-VÜQAR BAYRAMOV

İlk məvacibin bir hissəsinin nəcib, xeyirxah məqsədlərə xərclənməsi ilə bağlı xalqımızın çox gözəl adətləri var. Xalqı yaşadan, cəmiyyəti ayaqda tutan məhz belə, mahiyyətində həmrəylik, birlik, vəhdət olan adət-ənənələrdir. Xalqımız ellə gələn dərd-bəlanın öhdəsindən həmişə qibtə olunacaq həmrəyliyi sayəsində uğurla gəlib, tarixən sınaqlardan üzüağ, alnıaçıq çıxıb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

“Məhz belə bir gündə xalqla parlamentin həmrəyliyinin nümunəsi kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvləri olaraq qərara aldıq ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün qanunverici orqanda ilk əmək haqqımızın bir hissəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürək. Qlobal epidemiyaya qarşı Azərbaycan dövlətinin həyata keçirdiyi mübarizə tədbirlərinə münasibətdə xalqımızın bütün təbəqələrinin həmrəylik nümayiş etdirməsi həm insanlarımızın səhhətinin, sağlamlığının qorunması, həm də iqtisadiyyatımızın bu sınaqdan mümkün qədər az itkilərlə çıxması baxımından çox vacibdir. İnşallah, biz bunu birlikdə bacaracağıq!”-deyə, millət vəkili bildirib.

Etikxeber.az

Read Previous

Koronavirusa (COVID-19) yoluxanların sayı-300 MİNİ ÖTDÜ…

Read Next

Məmmədyarov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat-İANƏ AYIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir