İlk səfər, ilk imtahan və-NƏTİCƏ…-KAMİL HƏMZƏOĞLUNUN BAXIŞI

Milli Məclisin (MM) sədri, professor Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan Parlament nümayəndə heyətinin qardaş və dost Türkiyəyə səfəri nəhayət ki, baş tutdu…

Bu səfər xeyli öncədən planlaşdırılsa və nəzərdə tutulsa da, məlum pandemiya, sərhədlərin bağlı olması səbəbindən təxirə salınmış, ertələnmişdi…

Ancaq son zamanlar dünyada, o cümlədən, qardaş Türkiyədə və ölkəmizdə bu məsələdə-pandemiya ilə mübarizədə müəyyən müsbət nəticələrin olması, nəticədə sərhədlərin (istisnalarla) açılması səbəbi ilə rəsmi şəxslərin dövlətlər, parlamentlərası əlaqələrinin, səfərlərinin yenidən davam etməsinə, start götürməsinə başlanıldı…

Sentyabr ayının 10-da Sahibə xanım Qafarovanın başçılığı ilə geniştərkibli nümayəndə heyətinin qardaş Türkiyəyə səfəri gerçəkləşdirildi…

Bəlkə də burada ilk baxışdan qeyri-adi görünəcək nəsə, hansısa məqam yoxdur…

Deyilə bilər ki, bugünədək də bu cür səfərlər olub, həm qardaş Türkiyəyə, həm digər dövlətlərə, beynəlxalq toplantılara…

AMMA və LAKİN…

Bu səfər yeni tərkibli-6-cı çağırış MM-in, onun yeni rəhbəri olan Sahibə xanımın ilk rəsmi səfəri di…

İkincisi, ilk səfərin hansı ölkəyə olması, olacağı ortadaydı, maraqlıydı…

Bəli, Sahibə xanım ilk səfərini bizə bütün mənalarda yaxın, doğma, “Bir millət-İki dövlət” olan qardaş və dost Türkiyəyə etdi, səfərlərinə məhz Türkiyədən başladı, start verdi…

Bunun həm də bir rəmzi, mənəvi-siyasi mənası vardı…

Bu səfərlə hər kəsə bir növ mesaj da verilmiş oldu…

Mesaj verildi ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, üst səviyyələrdə, pik, zirvə nöqtəsində, nöqtələrində olan strateji müttəfiqlik münasibətləri yalnız sözlərdən, bəyanatlardan ibarət deyil, həm də əməllərdən, niyyətlərdən, bu niyyətlərin gerçəkləşdirilməsi yönündə səmimi fəaliyyətlərdən ibarətdir…

Bu səfərin bir mənası, bir mesajı da o idi, o oldu ki, bu ilin iyul ayında işğalçı, təcavüzkar Ermənistanın öz himayədarların təhriki, diqtəsi ilə Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində vəziyyəti yenidən gərginləşdirməyə yönələn təxribatçı addımlarından sonra sözlə ifadəsi mümkün olmayan Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə, dönəmə qədəm qoyub, bu mərhələdə də çox qısa zamanda böyük nailiyyətlər, uğurlar əldə edilib. Və burada hansısa mənada geriyə dönüş mümkün deyil, olmayacaq, əksinə, davamı gələcək …

Yəni, Türkiyə hərbçilərinin ən üst səviyyədə Azərbaycana gəlişi, ölkə Prezidenti tərəfindən yüksək səviyyədə qəbulu, həmçinin, Azərbaycanın Xarici İşlər ( o da ilk səfərini edirdi) və Müdafiə nazirlərinin Türkiyədə ən ali-mötəbər səviyyədə qarşılanması, birgə bəyanatlar, mesajlar verilməsi, birgə-növbəti hərbi təlimlər, dünya diplomatiya-siyasət tarixinə yazılacaq bir davranış-dövlət başçısı İlham Əliyevin Yunanıstan səfiri ilə görüşdə sərgilədiyi birmənalı, qətiyyətli, cəsarətli mövqe Azərbaycan-Türkiyə, Türkiyə Azərbaycan münasibətlərində, dostluq və qardaşlığımızda yeni mərhələ, yeni cığır, yeni-növbəti başlanğıc idi və davamı mütləq şəkildə gəlməliydi…

Odur ki, bu baxımdan yeni spikerin ilk səfərinin hansı ölkəyə və necə olacağı daha diqqət mərkəzində, daha çox günəm mövzusu idi…Və gözlənilən, arzuolunan hadisə, səfər də baş verdi, yaşandı…

Sahibə xanım spiker kimi ilk səfərini qardaş Türkiyəyə etdi və ayın 10-12-si arasında bir çox görüşlərə, müzakirələrə qatıldı…

Yüksək səviyyədə, qardaş sevgisi ilə qarşılanan nünayəndə heyətimiz, spiker Sahibə Qafarova Türkiyənin bir sıra rəsmiləri, o cümlədən, Ticarət naziri ilə bir araya gəldi, hər iki tərəfi maraqlandıran məsələlər ətrafında geniş fikir mübadilələri aparıldı…

Sonra nümayəndə heyətimiz, spiker Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (MM) sədri-cənab Mustafa Şentop tərəfindən qarşılandı, qəbul edildi, yüksək səviyyəsi ilə özünü nümayiş etdirən, birlik, bərabərlik, qardaşlıq, dostluq, müttəfiqlik mesajları ilə dolu olan səmimi, içdən gələn bir görüş baş tutdu…

Mediada bu barədə geniş bəhs edildiyi üçün tam təfərrüatlarına varmaq istəmirəm, bir sözlə, digər görüşlər kimi, bu görüş də qardaşlığımızın, dostluğumuzun növbəti təcəssümü oldu…

Nəhayət, Sahibə xanım qardaş ölkənin Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğan (Şentopla bilrlikdə) tərəfindən qəbul edildi…

Elə birgə çəkilən fotolardan, üzlərdəki ifadələrdən məlumdur, görünür ki, bu görüş necə yüksək səviyyədə baş tutub…

Bütövlükdə bunlar, ilkin mənzərə Azərbaycan-Türkiyə münasibətlərinin, qardaşlıq və dostluğunun daha da genişlənməsindən, daha da möhkəmlənməsindən xəbər verir və özünün müsbət töhfələrini mütləq şəkildə yaxın dönəmdə bir daha genişliyi, açıqlığı ilə göstərəcək…

Ən əsası isə odur ki, bu görüş, bu səfər qeyd etdiyim kimi, Azərbaycanla Türkiyənin həm dostlarına, həm də düşmənlərinə növbəti mesaj oldu…

Yəni, hər kəs bir daha bilsin və bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, qırılmazdır, ayrılmazdır, belə gəlib, belə də gedəcək, belə davam edəcək, dəyişən heç nə olmayacaq…

Bəli, bu səfər həm də Sahibə xanım üçün bir sınaq, imtahan, test idi…

Sevənləri də, sevməyənləri də, qəbul edənləri də, etməyənləri də ( dərinliyinə varmaq istəmirəm)…spikerin bu sınaqdan, bu imtahandan necə çıxacağını dördgözlə gözləyirdilər…

Tam səmimi şəkildə-heç bir tərif və şişirtmə olmadan, birmənalı şəkildə qeyd etmək lazımdır ki, bir çox sınaqlardan uğurla keçən, etimadı doğruldan Sahibə xanım bu dəfə də sınaqdan, imtahandan uğurla, şərəflə keçdi, özünün siyasətçi, dövlət xadimi obrazını bir daha yüksək şəkildə təsdiqlədi…

Orta məktəb qiymətləndirməsi ilə desək, ilk imtahanından “beş”, ali məktəb dəyərləndirməsi ilə desək “əla” aldı…

Odur ki, istər Sahibə xanıma növbəti addımlarında uğurlar və nailiyyətlər arzulayır, istərsə də Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun daha da əbədi, dönməz olmasını, birgə-növbəti parlaq zəfərlərə imza atmasını diləyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru, “525-ci qəzet”in parlament müxbiri

Etikxeber.az

Read Previous

“Öz doğma dilini bilməyənlər yüksək vəzifələrə gəlməməlidirlər…Onlar yüksək vəzifə tutmamalıdırlar…”- TAHİR RZAYEV BİLDİRİR Kİ, XARİCİ DİL BİLMƏK VACİBDİR, LAZIMDIR, ANCAQ ANA DİLİNİ BİLMƏK ONDAN DA VACİB VƏ ŞƏRƏFLİDİR

Read Next

“Bu, bir həqiqətdir ki, tarix və zaman hər şeyi olduğu kimi dəyərləndirir və belə cinayətlər cəzasız qalmır…”-BAHAR MURADOVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir