“İlkin versiyaya görə yanğın quru otdan başlayıb” – KƏMALƏDDİN HEYDƏROV – YENİLƏNİB – (1)

Xətai rayonu, Zığ şossesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 hektar ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyətyanı sahələr yanıb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib.

Fövqəladə Hallar Nazirliyindən Etikxeber.az-a bildiriblər ki, yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının 120 canlı qüvvəsi və 18 texnikası cəlb edilib.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

fhnnnn-11111

***

İlkin versiyaya görə yanğın quru otdan başlayıb. Bir neçə evin dam örtüyünə zərər dəyib. Ciddi bir şey yoxdur.

Bunu Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və digər qurumları yanğının qarşısını vaxtında alıb və söndürüblər.

O, deyib: “Bura altı hektar boş ərazidir. Buranın çoxu özəl və baxılmayan ərazilərdir. Nə vaxtsa alınıb, amma ərazidə heç bir təhlükəsizlik, suvarma və digər başqa işlər görülməyib. Yay aylarında quru otdan yanğınlar olur və bunu böyük faciə hesab etmək lazım deyil. Bu hadisənin səbəbləri araşdırılacaq ki, yanğının mənbəyi haradan başlayıb. Yəqin ki, kameralar həmin anı qeydə alıb. Əgər təxribat deyilsə, bu, adi yanğın hadisəsidir”.

Nazir qeyd edib ki, insanlar diqqətli olmalıdırlar. Rayonlarda biçilmiş əraziləri yandırırlar. Bunu etmək olmaz. Həmin yanğınlar sonradan biçilməmiş ərazilərə və meşələrə keçir. İnsanların özlərinə zərər gələ bilər. Bu, çox diqqət tələb edən məsələdir.

***

FHN-nin”112″ qaynar telefon xəttinə Nəsimi rayonu, 28 May küçəsində binada yanğın olması barədə də məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

“Ruhi xəstəliyi”, “psixi qüsuru” olanlar məhdudiyyətlərə məruz qalır” – DEPUTAT HƏYƏCAN TƏBİLİ ÇALDI

Read Next

Növbədənkənar parlament seçkiləri: OLACAQ, OLMAYACAQ? – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir