İllər öncə atasını itirən, ailənin tək və subay oğlu olan-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏFQAN NƏSİROVUN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Bu gün daha bir İkinci Vətən Müharibəsi Şəhidinin-Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindən olan Əfqan Ramil oğlu Nəsirovun ad günüdür.

Əfqan Nəsirovun bu gün 22 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Əfqan Nəsirov 2001-ci ilin 29 mart tarixində dünyaya gəlib.

Ailədə iki övlad-bir bacı və bir qardaş olublar.

 2007-2018-ci illərdə 71 saylı orta məktəbdə oxuyub.

Orta məktəbdə oxuyarkən-2016-cı ildə atalarını itiriblər.

Anası Kəmalə xanım onlara həm analıq, həm də atalıq edib.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb, Beyləqan rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət keçib.

Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib.

Və Hadrut-Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 21 oktyabr tarixində Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla təltif olunub.

O, həm də subay olub.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Sonra Sabunçu Gənclər Evində “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin təşkilatçılığı ilə tədbir düzənlənəcək.

Tədbirdə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək.

Daha sonra Şəhidə aid videoçarx nümayiş etdiriləcək, çıxışlar ediləcək, şeirlər səsləndiriləcək.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı tədbirdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, ziyalılar və digər şəxslər iştirak edəcəklər.

Məqamı Uca, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Fazil Mustafa güllələndi-AYAĞINDAN VƏ ÇİYNİNDƏN YARALANDI, CİNAYƏT İŞİ BAŞLANDI – YENİLƏNİB – (4)

Read Next

Hava buludlu olacaq, külək əsəcək, yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir