“İllər uzunu iş yoldaşı olmuşuq, birgə yaradıcılıq prosesindən, peşəkar jurnalistlik məktəbindən keçmişik…”-MİLLƏT VƏKİLİ YENİ BAŞ KONSULDAN DANIŞDI

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə İstanbula yeni Baş konsulumuz təyin olunub. Yeni Baş konsulumuz Nərminə Mustafayevanı uzun illərdir tanıyıram – deyə bilərəm, yaxından tanıyıram – biz illər uzunu iş yoldaşı olmuşuq, birgə yaradıcılıq prosesindən, peşəkar jurnalistlik məktəbindən keçmişik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

“Nərminə peşəsinə də, milli dəyərlərinə də, xalqına, dövlətinə, dövlətçiliyinə də sadiqliyi ilə seçilən insanlardan biridir. O, öz vətənpərvərliyi ilə seçilən, məsul olduğu işlərə yüksək məsuliyyətlə yanaşan bir yeni nəsil aydınımızdır. Çox xoşdur ki, İstanbul kimi önəmli şəhərdəki Baş konsulluğumuz məhz bir qadına etibar edilib. Bizim məsul vəzifədə çalışan diplomat xanımlarımız çox deyil. İnanıram ki, Nərminə xanım yüksək etimadı doğruldacaq, baş konsul kimi üzərinə düşən məsuliyyətli və şərəfli vəzifəni layiqincə yerinə yetirəcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Ermənilər Tovuzu yenə-ATƏŞƏ TUTDULAR…

Read Next

Qurban bayramı ilə əlaqədar DİN-dən vətəndaşlara-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir