İlqar Altay Surətdən, Eldar Mahmudovdan, “xəyanətkar hərbçilər”dən yazdı…

Bizim ən böyūk problemimiz, bəlkə də būtūn fəlakətlərimizin mənbəyi ümumi dūşūncəmizdədir, prinsipsizliyimizdədir: pisi, onun vurdugu ən böyūk zərəri həzm edib ūstūndən keçmək. Ən əsası da dövlətçilik anlayışı və prinsipimiz.

suret
93-cū ildə Milli Qəhrəman adını daşıyan hərbi briqada komandiri Surət Hūseynov dövlətin, komandanlıgın ziddinə gedərək xaincəsinə qoşunu Agdərədən çəkdi, Qarabağın azad olması şansını heçə endirdi. Dedik ki, yox, bu yaxşı mərd, dəlidolu oglandı, gūnahi yoxdu, rəhbərlikdən ona qarşı ədalətsizlik olub, incidiblər yəqin. Ona görə acıgı tutub edib bunu, bir işdi olub, bir də eləməz.

Rəhmətlik prezident Elçibəy də, bunu görüb, camaatımızın rəyini nəzərə alıb, dedi ki, uşaqlıqda bir qonşumuz vardı, uşagı dananiı tarlaya girib qargıdalını dağıdıb yeməyə imkan yaratmışdı. Kişi də çomaqnan vurdu uşagın başını yaraladı, uşaq da öldū, kişinin evi-eşiyi, həyati da dagıldı getdi. Indi, neyləyək, Surət də bizim öz övladımızdır, bagışlayaq getsin. Televiziyada dedi bunu Elçibəy, xatırlayan var?

eldar-mahmudov-1

İllərlə hakimiyyətin qucağında-kreslosunda oturub, dövlətə xidmət üçün verilmiş səlahiyyətlərdən istifadə etməklə xalqa, dövlətə böyük ziyan vurmuş, insanlarımıza zülmət yaşatmış MTN şefi Eldar Mahmudovu da bu cür, prinsipsizlik edib müdafiə edənlər var: gül kimi samballı, görünüşlü, yiyən-içən, işini bilən oğlan idi, pulu olanın pulunu alıb, oğrudan oğruya haladı və s. Hətta paqonlu qatil Hacı Məmmədov haqqında da bu səpkili bəraətverici fikirlər oldu…

İndi ön cəbhədəki hərbi qoşunlarda düşmən ermənilərə satılan yüksək zabitlər, deyilənə görə general, hətta mülki şəxslər ifşa olunub, həbslər aparılıb, deyirik ki, yox. Zəmanənin üzü qara olsun, yaşayış imkansılığı maddi ehtiyacdan ediblər yəqin, boş verək getsin. Guya başqa səbəbə görə yox, amma maddi vəziyyətə görə vətəni satmaq olar… qarın hər şeydən irəlidir, qarın məcbur edir…

Bəzlərimiz isə, sadəlöhvlükdən yox, siyasi hakimiyyətlə qovğa, narazılıq, yerliçilik, hərbi rəhbərliklə problem və s. “dərdimizə” görə qərəzli edirik bunu. Deyirik, burada nəsə əmma var. Açaq, dünya ölkələrinin qanunlar toplusunu, ən ağır cinayət kimi “vətənə xəyanət” yazılıb. Yaxşı, ən ağır cinayətə, zərərə də biganə yanaşıb, boş buraxıb, bunu cəzasız qoyub nə etmək istəyirik biz? Bizim nəsə bir həyat prinsipimiz, pisin pis, yaxşının yaxşı cavabını, dəyərini vermək iradəmiz olmalıdırmı?

Düşünməliyikmi ki, vətənin keşiyini etibar etdiyimiz, rütbə, vəzifə, imkan səlahiyyət verilmiş zabitin, generalın müharibə apardığımız erməniyə satılması əməli ilə, torpağımızı işğal, dövlətimizi məhv, xalqımızı didərgin salmaq məqsədli düşmən erməninin əməli arasında elə bir fərq yoxdur?

ilqar altay

İlqar Altay

Hüquqşünas

Etikxeber.az

Read Previous

Paralimpiyaçılarımız dünya kubokunda iki qızıl, bir bürünc medal qazandı- FOTO

Read Next

MÜSTƏSNALIQ – Akademikin yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir