İlqar Altayın da prezidentliyə namizədliyi irəli sürüldü…

Aprelin 11-də keçiriləcək prezident seçkisinə daha bir şəxs iddialıdır.

İctimai Tədqiqatlar Mərkəzi İctimai Birliyinin katibliyindən  Etikxeber.az-a verilən xəbərə görə birliyin prezident seçkiləri ilə bağlı növbədənkənar toplantısı keçirilib.

Toplantıda qurumun sədri İlqar Altayın (Məmmədov) prezidentliyə namizədliyi ilə bağlı müzakirələr aparılıb. İclasda onun namizədliyini dəstəklənib.

ilqar altay

Müzakirələrin nəticəsi olaraq tanınmış hüquqşünas-alim, kriminalist-tədqiqatçı İ. Altayın prezidentliyə namizədliyi irəli sürülüb.

İ. Altay toplantıda seçki bəyanatı verib:

“2013-cü ildə mənim prezidentliyə müstəqil namizədliyim irəli sürüldü. Təəssüf ki, həmin seçkilərdə müəyyən obyektiv səbəblərə görə sonadək mübarizə aparmağım mümkünsüz oldu. Hesab edirəm ki, ölkəmizdə mühüm  müsbət dəyişikliklərə kəskin ehtiyac yaranıb. İnanıram ki, bu dəyişiklikləri cəmiyyətin bütün ictimai-siyasi spektrini birləşdirən yeni qüvvə daha uğurla həyata keçirə bilər. Bu mənada seckilərdə iştirakımın xalqımız və dövlətimiz üçün müsbət ola biləcəyini düşünürəm”.

Etikxeber.az

Read Previous

“Bu reallıqlar fonunda seçkilərə gedirik” – ƏLİ ƏHMƏDOV YAP-IN “SEÇKİ MÜŞAVİRƏSİ”NDƏ BELƏ DEDİ.

Read Next

İsa Qəmbər prezidentliyə namizəd olmayacaq – “MÜSAVAT” SEÇKİNİ BOYKOT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir