İlyaz Məmmədova Prezidentin fərdi təqaüdü verildi

Prezident İlham Əliyev İ.Ə.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə İlyaz Əmrah oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az

 

 

Read Previous

“Dəmir Yolları”nın 3 əməkdaşına “Əməkdar mühəndis” fəxri adı verildi

Read Next

“Sanki deputatların özlərinin fondları var…” – TAHİR KƏRİMLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir