İmamoğlunun stulu sındı, Ərdoğan “BİZ HEÇ NƏ ETMƏDİK, PULUNU ÖDƏMƏN LAZIMDIR” – DEDİ

Bu gün Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan  ölkəsinin 30-a yaxın Böyükşəhər bələdiyyəsinin başqanı ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görüş zamanı maraqlı olay yaşanıb.

Belə ki, İstanbul Böyükşəhər bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu üçün ayrılan stul sınıb və o, yıxılıb.

Bunu görən Ərdoğan zarafatla “Biz bir şey etmədik, sən özün stulu sındırdın. Pulunu ödəmən lazımdır, baxın, bu, israfa girər…”– deyib.

Gülüşmələrdən sonra İmamoğlu yeni gətirilən stulda oturarkən “İkinci dəfə oturanda daha sağlam otururam”-deyərək, Ərdoğanın zarafatına zarafatla cavab verib.

imamoglu-diyalog-fox-aa

Etikxeber.az

 

Read Previous

“Hakimiyyətin üzərinə də məsuliyyət düşür…” – POLİTOLOQ

Read Next

Londonda “Könlüm keçir Qarabağdan” – SÖYLƏNİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir