İmişlili İkinci Vətən Müharibəsi Şəhidi-ŞAİQ TEYMUROVUN AİLƏSİ VƏ OCAĞI ZİYARƏT OLUNDU, DOĞUM GÜNÜ VƏ 55 YAŞI TAMAM OLAN ŞƏHİD ANASI TƏBRİK EDİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

İkinci Vətən Müharibəsində Qəhrəmanlıq dastanı yazan Vətən sevdalılarından biri də İmişli rayonundan olan Şaiq Vidadi oğlu Teymurovdur.

Etikxeber.az xəbər verir ki, Şaiq Teymurov 1992-cı ilin noyabr ayının 6-da İmişli rayonunun Aranlı kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailənin 5 övladından, iki qardaşdan biri olub.

1999-2010-cu illərdə Aranlı kənd Yusif Sadatxanov adına tam orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, 2011-2013-cü illərdə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edib və Əsgərliyini başa vuraraq, ailəsinə dönüb.

O, həm də idmanla məşğul olub.

Bir müddət İmişliBakıda müxtəlif sahələrdə fəhlə işləyib.

Sonra, 2020-ci ilin yanvarında həyatını yenidən Ordu, hərb ilə bağlayıb, MAXE-kəşfiyyatçı kimi Azərbaycan Ordusunda fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsində də bir Vətən sevdalısı, MAXE kimi iştirak edib və müharibənin elə günündə, sentyabr ayının 27-də Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb.

28 yaşında Vətən yolunda qəhrəmancasına Şəhid olan Şaiq Teymurov iki gün sonra, sentyabrın 29-da Aranlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Şaiq eyni zamanda, Aranlının yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

O, həm də subay olub.

Ailəsinin, valideynlərinin ailə qurmaq, evlənmək istəklərinə isə belə cavab verib:

“Torpaqlarımızı işğaldan azad edək, həmin rayonlardan birində toyumu edəcəyəm”

***

Bu gün, 18 iyun 2023-cü il tarixində hər zaman Şəhid ailələrinin yanında olan “Odlar yurdu” qrupunun üzvləri Şəhidin ailəsini, ocağını, məzarını ziyarət ediblər.

Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulayıb, “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-deyiblər…

Ziyarət zamanı Şəhidin ailə üzvləri, doğmaları ilə söhbətləşib, dərdləşib, Şaiq Teymurovun həyat, hərb və döyüş yolundan danışıblar.

Həmçinin, xatirə fotoları çəkdiriblər.

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

Yeri gəlmişkən qeyd edək ki, bu gün həm də Şəhidin anasının-Elmira Ananın, Elmira Teymurovanın doğum günüdür.

Bu gün Şəhid anasının 55 yaşı tamam olur.

Ziyarət iştirakçıları-“Odlar yurdu” qrupunun üzvləri doğum günü münasibəti ilə bağlı Şəhidin anasını təbrik edib, ona uzun ömür, can sağlığı arzulayıblar.

Eyni zamanda, qrup adından Şəhid anasına hədiyyə təqdim ediblər.

Şəhidin anası da öz növbəsində həm ziyarət, həm təbrik üçün hər kəsə öz minnətdarlığını ifadə edib.

13:58

***

FOTOLAR:

16:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İki Eldəniz Hüseynov: Eyni taleli əmi və qardaş oğlu Eldəniz Hüseynovlar…İkisi də Qəhrəman, ikisi də Şəhid…BİRİ BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ, DİGƏRİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək-DAVAM EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir