İmişlili İkinci Vətən Müharibəsi Şəhidi, Xüsusi Təyinatlı-NURLAN MADƏR OĞLU HÜSEYNOVUN ONSUZ QEYD EDİLƏN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ… BU GÜN ONUN 31 YAŞI TAMAM OLUR…

Bu gün daha bir İkinci Vətən Müharibəsi Şəhidinin-İmişli rayonundan olan Xüsusi Təyinatlı (XTQ) Nurlan Madər oğlu Hüseynovun doğum günüdür.

Nurlan Hüseynovun bu gün 31 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Nurlan Hüseynov 1992-ci ilin iyul ayın 3-də İmişli rayonunun Göbəktala kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailədə 4 uşaq-2 bacı, 2 qardaş olublar.

Nurlan orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb və elə o vaxtdan da seçimini edib, həyatını, taleyini hərblə, Ordu ilə bağlayıb.

İkinci Vətən Müharibəsinə-Şəhidliyinə qədər Azərbaycan Ordusunda peşəkar hərbçi, Xüsusi Təyinatlı kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də Vətənin müdafiəsinə qalxıb, Gizir, XTQ-çı kimi döyüşüb, vuruşub, bir sıra qəhrəmanlıqlara imza atıb.

Müharibənin 18-ci günündə, oktyabr ayının 14-də isə Hadrut istiqamətinlə qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi bir gün sonra, oktyabr ayının 15-də doğulub boya-başa çatdığı kəndin qəbiristanlığında Əbədiyyətə Uğurlanıb.

O, həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra Ali Baş Komandanın və Müdafiə nazirinin sərəncamları bir sıra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Ailəli olsa da, ancaq övladı dünyaya gəlməyib və və həyat yoldaşı Şəhidliyindən bir neçə gün sonra öz rayonlarına, ata evinə qayıdıb.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə-ata ocağında Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar oxunub, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə ailə üzvləri, İmişli və digər bölgələrdən olan Şəhid ailələri, “Odlar yurdu” qrupunun üzvləri və digərləri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ordumuzun Ağdam istiqamətindəki mövqeləri atəşə tutulub-MN

Read Next

Bakıda və bir neçə bölgədə-ZƏLZƏLƏ OLDU, DİN XƏBƏRDARLIQ ETDİ – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir