İmkan verin danışaq – ZAHİD ORUCDAN BƏZİ HƏMKARLARINA HAQLI İRAD

Zahid Orucla bəzi deputatlar arasında gərginlik yarandı

Noyabrın 2-də Milli Məclisin (MM) növbəti plenar iclasında  məhkəmələrə yeni hakimlərin namizədliklərinin təsdiqlənməsi ilə bağlı 7 məsələ müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə, müzakirələr zamanı millət vəkili Zahid Oruc bildirib ki, ölkədə alternativ cəzaların sayının artmaması narahatlıq doğyrur.

Onun sözlərinə görə, son zamanlar məhkəmələrdə  bəraətlə bağlı hansı qərara, hökmə rast gəlinməyib.

“Hansı ki, alternativ cəzaların verilməsi nəzərdə tutulur. Ən azı 10-a yaxın alternativ cəza növü var. Amma bunlara rast gəlmək gəlmək olmur”.

meclis-5

Z.Orucun çıxışı zamanı yerdən bəzi deputalar tərəfindən etirazlar olub.

Bu isə millət vəkilini əsəbləşdirib:

“Siz nəyə, kimə etiraz edirsiniz? Bütün günü parlament dəhlizlərində  hakimlərdən narazılıq etmirsinizmi? İndi nə olub? İstəmirsinizsə, iclasa gəlməyin. İmkan verin danışaq”.

Spiker Oqtay Əsədov da deputat çıxşını bitirməyə çağırıb:

“Kiməsə dərs keçmə”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mikayıl Müşfiqlə bağlı yaradılmış işçi qrupunun ilk iclası keçirildi və…

Read Next

100-dən çox hakim məhkəmə sistemindən uzaqlaşdırılıb – ƏLİ HÜSEYNLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir