“İnanıram ki, dövlət başçımız dəvətimizi qəbul edəcək və…”-ŞƏHİD VƏ QAZİ ANASI SİMUZƏR BAĞIYEVA

Şəhid anası: “Cəmil mənim üçün yaşayır…Hər gün onun yolunu gözləyirəm, elə bilirəm ki, bu dəqiqə qapını açıb içəri girəcək…Yalnız mən öləndə, Cəmil də öləcək…Neçə ki, mən yaşayıram, Cəmil də yaşayır və yaşayacaq!”

Kürdəmirə-Şəhid ailələrinə baş çəkməyə gedərkən, ilk öncə haqqında bir neçə dəfə “Facebook” səhifəmdə və Etikxeber.az-da bəhs etdiyim İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Həşimlinin ailəsini ziyarət etdim…

Ziyarət zamanı Cəmilin anası-Qəhrəman-Şəhid, Qazi və Əsgər-çempion anası Simuzər (Simuzər Bağıyeva) xanımla, Şəhidimizin Qazi qardaşı, hərbçi-zabit Mərahimlə, Şəhidimizin can dostu, bir övlad atası Müzəffərlə və Şəhidimizin xalası qızı ilə görüşdüm, söhbətləşdim, hal-əhvallaşdım, dərdləşdim…

Bəli, əsl Qəhrəman-Vətənpərvərlər ailəsidir Cəmil Həşimlinin-Şəhidimizin ailəsi…

Böyük qardaşı, ali təhsilli Mərahim Azərbaycan Dövlət İqtisad Universitetini (ADİU) bitirdikdən sonra hərbi xidmətini 13 ay Əfqanıstanda-sülhməramlı olaraq, keçirib, başa vurub…

Sonra bir müddət peşəkar hərbçi kimi, Orduda xidmətini davam etdirib…

İkinci Vətən Müharibəsi başlayan gündən də qardaşı Cəmil kimi, döyüşlərə atılıb, vuruşub və Xocavənd istiqamətində ağır dpyüşlərin birində kəllə-beyin travması, kontuziya alıb, amma buna baxmayaraq, yenə döyüş yoluna davam edib…

İkinci Vətən Müharibəsinindən cəmi bir neçə gün sonra isə Şəhid qardaşı olduğu üçün hərbi xidmətdən, Ordudan tərxis olunub…

Hazırda Kürdəmirdə məktəblərdən birində hərbi hazırlıq fənni üzrə dərs deyir…

Amma yenə də hərbi xidmətə, Orduya qayıtmaq istəyir…

Hətta Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə müsabiqədən yetərli bal toplasa da (40 bala rəğmən 60 bal), əsaslı səbəb gətirilmədən, işlə təmin olunmayıb…

Bu isə həm Şəhid qardaşını-Qazimizi, həm də Şəhid-Qazi-Əsgər anasını narahat edir, incidir və bir an bu haqsızlığın aradan qaldırılmasını istəyirlər…

Şəhidimiz Cəmil texnikum, kollec təhsilli olsa da, o da böyük qardaşı Mərahim kimi, həyatını hərblə, Ordu ilə bağlayıb…

Və İkinci Vətən Müharibəsinin ilk saniyəsindən, ilk günündən də qardaşı kimi, döyüşlərdə olub, döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…

Və Füzuli-Əbdürrəhmanlı istiqamətində ağır döyüşlərin birində,oktyabrın 5-də, axşam saatlarında qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb Gizirimiz…

Ali Baş Komandan tərəfindən də, Şəhidimiz ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, 4 medalla təltuf olunub…

Qanı, canı bahasına Haqqını əldə edib, qazanıb bu medalları…

Oktyabrın 6-da da Kürdəmirdə-Şəhidlər Xiyabanında dəfn olunub…

Şəhidimizin sonuncü-üçüncü qardaşı Cavid də digər qardaşları kimi, Azərbaycanın dəyərli, fəxr ediləcək övladlarındandır…

Ali təhsilldir, idmançıdır, respublika çempionudur, hazırda da hərbi xidmətdə, Naxçıvan Muxtar Respublikasında əsgər kimi, Vətənin keşiyini çəkməkdədir…

Şəhidimizin anası-Qazi və Əsgər anası Simuzər ana isə qarşısında baş əyiləcək Azərbaycan-Türk anası, xanımıdır…

Məğrur, Qürurlu, Dik duruşlu…Uşaqlarının, övladlarının həm anası, həm də atası…

Şəhidimizin anasının dediklərindən:

“Cəmillə sonuncu dəfə Şəhid olduğu gün, saat 17:00 radələrində danışmışdım…Əhvalı, kefi də yaxşıydı, mənə ürək-dirək verirdi…Mənimlə, bizimlə danışdıqdan bir neçə saat sonra isə balam Şəhidlik məqamına ucladı…Mən bu haqda axşam 9-un yarısında xəbət tutdum…Həmin vaxt Bakıda idim…Birtəhər gəlib rayona çıxa bildik, 6-sı gecə saat bir-birin yarısı olardı(Gözləri dolur)… Mən oğlumla fəxr edirəm, qürur duyuram…Başqa bir oğul idi balam…Onun Şəhidliyini qəbul edirəm, amma yoxluğunu qəbul edə bilmirəm və etməyəcəm də…O, mənim üçün yaşayır…Hər gün onun yolunu gözləyirəm, elə bilirəm ki, bu dəqiqə qapını açıb içəri girəcək…Yalnız mən öləndə, Cəmil də öləcək…Neçə ki, mən yaşayıram, Cəmil də yaşayır və yaşayacaq!”

Onu da qeyd edim ki, bir müddət öncə Şəhid anası Etikxeber.az vasitəsi ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edərək, onu və ailə üzvlərini müqəddəs Ramazan günlərində evlərinə qonaq, İftar məclisinə çağırmışdı.

“Çox istərdim ki, Qalib, Müzəıffər Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyev və ailə üzvləri bizim qonağımız olsun, İftar məclisində iştirak etsinlər. Və inanıram ki, Ali Baş Komandanımız, Qalib Sərkərdəmiz mənim, ailə üzvlərimin dəvətini qəbul edəcək, bizi sevindirəcək. Allah dövlətimizi, Vətənimizi, Ali Baş Komandanımızı və ailəsini qorusun!”-deyə, Simuzər xanım bildirir.

Allah Şəhidimizə rəhmət etsin, ailəsinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

25.04.2021, Bakı-Kürdəmir-Bakı

Etikxeber.az

Read Previous

“İndiki mürəkkəb geosiyasi vəziyyətdə proseslərin sonrakı məcrasını proqnozlaşdırmaq çətindir, lakin təşəbbüslərin özünün gündəmə gətirilməsi belə artıq Azərbaycana baxışı dəyişməkdədir”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

Həbs xəbəri yayılan icra başçısı-VƏZİFƏSİNDƏN AZAD OLUNDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir