İncəsənətsevərlər “Azərbaycandır bura”-DEDİLƏR – VİDEO

“Laboratory of Art” incəsənət platformasının üzvləri maraqlı təşəbbüslə çıxış ediblər.

Etikxeber.az xəbər verir ki, belə ki, videoçarx formasında şeir hazırlayaraq, sosial şəbəkələrdə təqdim edib, xeyli müsbət rəylər alıblar.

“Azərbaycandır bura” layihəsinin ideya müəllifi Fərid Nəsibzadə, şeirin müəllifi Sevinc İbrahim Nur, rejissor Kərim Rəimov, səs aranjmanı Namiq Zeynalovdur.

Şeiri qiraət edənlər isə peşəkar qiraətçilər Məryəm Rövşən, Zeynəb Axundova, Əli Rövşən və layihənin rəhbəri Fərid Nəsibzadədir.

“Laboratory of Art” sosial platformasının rəhbəri, eləcə də, qeyd olunan çarxın ideya müəllifi Fərid Nasibzadə mətbuata açıqlamasında “Bu videoçarxı hazırlamaqda məqsədlərimiz Çingiz Mustafayevin, Mübariz İbrahimovun, Polad Həşimovun timsalında şəhidlərimizi, igidlərimizi anmaq, ana vətən Azərbaycanımızın səsini Türk dünyasına, dost ölkələrə çatdırmaqdır. Eləcə də, “Azərbaycandır bura” layihəsi Qarabağ zəfəri munasibatilə xalqımıza hədiyyədir. Gələcəkdə vətənimizi tərənnüm edəcək mövzulara toxunaraq müxtəlif bu tərzli vidoeçarxlar hazırlayıb təqdim etmək niyyətindəyik”deyə, qeyd edib.

Həmin videonu Sizə təqdim edirik:

Etikxeber.az

Read Previous

Jalə Əliyeva 31 il öncə yaşanmış və tarix yaratmış 20 Yanvar hadisələrindən-YAZDI

Read Next

“ŞƏHADƏTƏ HAZIR OLAN ŞEYXÜLİSLAM”-Əhliman Rüstəmov yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir