“İndi artıq Cavadovların evi var…”-MİLLƏT VƏKİLİ – JALƏ ƏLİYEVADAN, ELNUR ALLAHVERDİYEVDƏN, MƏRDAN CAMALOVDAN VƏ ZƏRDABLI İŞ ADAMLARINDAN NƏCİB-XEYİRXAH ADDIM – FOTOLAR

Yardımlaşma gözəldir.

İnsanı saflaşdırır, bütünləşdirir.

Göstərdiyimiz hər yardımla, üzünü güldürə bildiyimiz hər insanla dünyamız sanki daha da gözəlləşir, işıqlanır.Həyata hər kəs bir missiya ilə gəlir.

Tanrının sənə verdiyi ömrü sadəcə özün üçün, doğmaların, yaxınların üçün deyil, bir ümid, güman yeri kimi sənə üz tutan və əvvəllər heç vaxt tanımadığın, adını belə eşitmədiyin insan və ya insanlar üçün də yaşamaq missiyası ilə gələnlər var bu dünyaya…Ötən həftə Həsən bəy Zərdabi işığı ölkənin çox sayda ziyalısını yenə bir araya toplamışdı Zərdabda. Rayon İcra Hakimiyyətinin mətbuatın 145 illiyi ilə əlaqədar olaraq təşkil etdiyi tədbirdə biz də vardıq.

Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun üzvləri- Həsən bəy nəslinin davamçısı, hörmətli Nüsrət Məlikov, gələcəyinə çox inandığım gənc oğlumuz Seymur Bayramov, gözəl ürəkli xanım, böyük uğurlara imza atan sahibkar bacımız Vəfa Muradzadə, doğulub böyüdüyü torpaq üçün hər şeyin ən yaxşısını istəyən dostumuz Ramil Mehdiyev və mən- Milli Məclisun deputatı -Jalə Əliyeva. Məqsədimiz tədbirdə iştirak etmək, o böyük insanı bir daha anaraq, ruhu qarşısındakı borcumuzu yerinə yetirmək idi.

Amma sən demə bu dəfəki gedişimizlə həm də qısa bir zamanda bir ailənin böyük bir sevincinə səbəb olacaqmışıq. Tədbirdən sonra rayon İcra Başçısının tövsiyəsi ilə rayonun rəsmiləriylə birlikdə Lələağacı kəndinə gəldik…

Şəmi və Elnarə Cavadovların ailəsinə… Yaşadıqları evi, şəraiti gördük… Daha əvvəl fotosu ilə tanış olduğumuz ( Vəfa xanım təqdim etmişdi bu evin şəklini) evi hər birimiz bu dəfə şəxsən və ürək ağrısıyla gördük… Və elə oradaca bu ailəyə yardım üçün səfərbər olduq. Bu qurban bayramında onlara ikiqat bayram sevinci yaşatmaq istədik…

Amma tək əldən səs çıxmaz, deyib atalar. Üzərimizə götürdüyümüz yük bir o qədər yüngül deyildi. Və sadəcə bizim gücümüzlə- bu beş nəfərin gücüylə biz bu məsələni həll edə bilməzdik. Sağ olsunlar, xeyirxah insanlar!

Bu ailəyə, onların xəstə yatağında olan, keçirtdiyi stressdən aşağı ətrafları hərəkətsiz qalan yeniyetmə qız övladlarını və azyaşlı digər iki uşaqlarını yaşatmaq üçün əlindən gələni əsirgəməyən, onları düşdükləri acınacaqlı vəziyyətdən çıxarmaq üçün yaxından köməklik göstərən, sadəcə vəzifə borcunu deyil, həm də insanlıq borcunu yerinə yetirən rayon rəhbərliyinə, şəxsən rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Mərdan Camalova minnətdarıq.

Eyni zamanda səsimizə səs verən daha bir eloğlumuz, Milli Məclisin deputatı, Zərdablıların yaxşı tanıdıqları Allahverdiyevlər nəslinin nümayəndəsi Elnur Marat oğlu Allahverdiyevə təşəkkür edirik.

İndi artıq Cavadovların evi var…

Bu gün onlar Qurban bayramını çoxdan bəri arzusunda olduqları yeni evlərində, sevinc və xoşbəxtliklə qarşılayırlar!Allah hər kəsi arzusuna çatdırsın!

Amin!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Hazırda yoluxma vəziyyəti stabildir, bundan sonra necə olacaq, onun nəticəsində hansı qərarlar veriləcək, bunu Operativ Qərargah deyəcək…”-TƏBİB – RAYONLARA GEDİŞ-GƏLİŞƏ İCAZƏ VERİLƏCƏKMİ? – YENİLƏNİB – (2)

Read Next

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri-AZƏRBAYCANA GƏLDİ – FOTO-VİDEO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir