İndi bunun nə yeri, nə də zamanıdır… – KAMİL HƏMZƏOĞLU YAZDI

“Arsenal” – “Çelsi” qarşılaşması ( UEFA Avropa Liqasının final oyunu) artıq adi və gözəl idman yarışması müstəvisindən çıxıb, xüsusilə də, bizim üçün siyasi və milli təhlükəsizik məsələsinə çevrilib…

Artıq lağlağıları, məzələnmələri, “onlar belə deyir, biz də belə deyək” kimi yanaşmaları…bir kənara qoyub, məsələnin ciddiliyinə, alt qatında nələrin planlandığına diqqət yetirmək, oyunun son dərəcədə yüksək təhlükəsizlik tədbirləri həyata keçirilməklə, təşkil edilməsinə çalışmaq lazımdır…

İngilis azarkeşlərinin necə anarxist, avantürist və təxribata meylli olduqları, qanlı əməlləri hər kəsə məlumdur…

Onlar hətta məhdud sayda gəlsələr belə,  mayın 29-da yenə dinc, rahat dayanmayacaqlar…

Bundan da fürsətçilər, marıqda dayananlar, Rusiyanın, Cənubun, Qərbin beşinci koloniyaları, xüsusilə,  amansız və qəddar erməni şəbəkəsi, o cümlədən, hakimiyyətdəki “narazılar” istifadə, yararlana və nəticədə də Azərbaycan fakt qarşısında qoyula bilər…

Daha çox da bizim üçün ümummilli dərd olan, 31 ildir davam edən Qarabağ məsələsində bundan əleyhimizə  arqument, “kozır” kimi istifadə edilə bilər…

Azərbaycan istəmədiyi, arzulamadığı sülh sazişinə itələnə bilər…

Bir sözlə,  ermənilər başda olmaqla, hər tərəfdən, bütün cəbhələrdən köpək sürüsü kimi Azərbaycanın üstünə tökülüşüblər…

arse-cel

Ona görə son dərəcədə ciddi və tədbirli olmaq lazımdır…

Siyasi, şəxsi, dar maraqlar, siyasi çəkişmələr bir kənara qoyulmalıdır…

Hamı çəkici yenə bir yerə vurmağı bacarmalıdır…

Dartışmağa onsuz da xeyli, bol-bol zamanımız və çeşidli mövzularımız var…

Amma indi-bu məqamda bunun nə yeri, nə zamanıdır…

Məsələ Vətəndən, Dövlətdən gedirsə, qalan hər şey təfərrüatdır!

Kamil HƏMZƏOĞLU

“525”-in və Oxu.Az saytının parlament müxbiri

Etikxeber.az

Read Previous

Bakıda yenə güclü yanğın – BU DƏFƏ BUZOVNADA- 6 NƏFƏR XƏSTƏXANAYA YERLƏŞDİRİLİB – YENİLƏNİB – (1)

Read Next

“Eurovision 2019” – LOURENS QALİB, ÇİNGİZ 7-Cİ OLDU – FOTO- YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir