“İndi gəl bunun üstündən sükutla keç görüm, necə keçirsən…” – YAZIÇIYA NƏ MANE OLUR?

Çoxdandır ki, bir tarixi əsər üzərində işləyirəm.

Hadisələr 100 il öncə cərəyan etməkdə.

Əsərin janrını “Oxumaq üçün tarixi dram” adlandırmaq olar.

Bəzən onlarla səhifənin üzərindən qara xətt çəkməli oluram.

Sözüm onda deyil… Lap elə ondadır.

Hadisələr tez-tez öz məcrasından çıxır və məni də öz arxasınca çəkib aparır.

Yeni idayalar, yeni süjetlər maydana çıxır. Məsələn, belə…

Azərbaycan Demokratik Cümhuriyyətinin Baş Naziri Nəsib bəy Yusifbəyli ilə Sovet Azərbaycanının Baş Naziri Nəriman Nərimanov gənclik dövründə duelə çıxmışdılar. Onların hər ikisi Şəfiqə Qaspıralını dəlicəsinə sevirdi…

İndi gəl bu hadisənin üstündən sükutla keç görüm, necə keçirsən…

Firuz MUSTAFA,

Etikxeber.az

Read Previous

“Hər şey göz qabağındadır…” – TEYMUROVADAN MİRƏLİYEVƏ CAVAB GƏLDİ

Read Next

Qatar qəzası: 40 nəfərdən çox insan yaralanıb – İSPANİYADA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir