“İndi həmişə olduğundan daha çox həmrəyliyə, bu çətin dövrdə dövlətin yanında olmağa ehtiyac var”-MÜŞFİQ CƏFƏROV YAZDI

Pandemiya dünyanın bir çox dövlətlərində sürətlə yayılır.

İnkişaf etmiş ölkələrdə də hər birimiz koronavirus infeksiyasının yayılmasının şahidi oluruq.

Epidemiya yayıldığı bir gündən dövlətimiz qabaqlayıcı tədbirlərə başladı.

Ölkə başçısının da vurğuladığı kimi, tədbirlərin əsas məqsədi xəstəliyin qarşısını almaq və ən az fəsadlarla bu bəladan xilas olmaqdır.

Dövlətimizin hər zaman siyasətinin əsasını vətəndaş amili təşkil edir.

Əsas məqsəd xalqın sağlamlığının qorunmasıdır ki, ölkə başçısının verdiyi fərman və sərəncamlar bunun əyani təzahürüdür.

Hazırda Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb.

Pandemiyanın yayıldığı ilk günlərdən etibarən virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlıqları və ləvazimatları Azərbaycana gətirilib..

Testlərin aparılması üçün 23 laboratoriya ayrılıb.

Həmçinin Sumqayıtda tibbi maska zavodu fəaliyyətə başlayıb.

Yeni modul tipli xəstəxanaların açılışı oldu və 6 belə tibb ocağının inşası nəzərdə tutulub.

Həyata keçirilən bütün bu tədbir və planlar əhalinin sağlamlığı və rifahı üçündür.

Bakıda “Yeni klinika” tibb müəssisəsi də fəaliyyətə başladı.

Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqə yaradılıb, təşkilatın mütəxəssisləri ölkəmizə dəvət olunub.

Bu dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirildi.

Bütün bunlar və digər tədbirlər sosial müdafiənin gücləndirilməsinə yönəldilib.

Daxili tələbatı ödəmək üçün ölkədə qısa müddət ərzində tibbi ləvazimatların istehsalına başlanıldı.

Vətəndaşlarımız hər bir atılan addımların, təhlükəsizlik tədbirlərinin onların sağlamlığının qorunması məqsədi daşıdığını yaxşı başa düşürlər.

İndi həmişə olduğundan daha çox həmrəyliyə, bu çətin dövrdə dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var.

Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərlə bir daha təsdiqini tapır.

Müşfiq CƏFƏROV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Əliyev Putini-TƏBRİK ETDİ

Read Next

Erməni separatçılarının “yol xəritəsinin” əsas hədəfi nədir?-ELXAN ŞAHİNOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir