“İndi hamı üçün sülhün, davamlı inkişafın, insan hüquqlarının təmin olunmasına kömək etmək naminə həmrəyliyin və ortaq həll yollarının tapılmasının vaxtıdır…”-BMT BAŞ KATİBİ

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Etikxeber.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd edir.

Bu əlamətdar tarix Dayanıqlı İnkişaf Məqsədlərinin inkişaf etdirilməsinin, iqlim böhranı ilə mübarizənin, hamı üçün fürsətlərin genişləndirilməsi və ümid verilməsinin əhəmiyyətini xatırlamaq baxımından gözəl fürsətdir.

İndi hamı üçün sülhün, davamlı inkişafın, insan hüquqlarının təmin olunmasına kömək etmək naminə həmrəyliyin və ortaq həll yollarının tapılmasının vaxtıdır.

Bu əlamətdar günü qeyd edərkən, gəlin Azərbaycan xalqı və bütün dünya xalqları üçün daha da yaxşı gələcək naminə səylərimizi artıraq.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Etikxeber.az

Read Previous

“Qeyri-sabit maliyyə bazarları mühitində də Neft Fondunun aktivləri artır…”-İlham Əliyev “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədrini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Read Next

Şuşaya növbəti-KÖÇ KARVANI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir