Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan mətbuatının banisi, böyük mütəfəkkir, qürur yerimiz, iftixarımız olan Həsən bəy Zərdabinin adını daşıyan park, elə öz adına yaraşan, Azərbaycanımızın bu günkü inkişafına layiq bir şəkildə təmir edilərək istifadəyə verildi.
İndi ziyalılarımızın söhbət etməyə, yaşlılarımızın dincəlməyə, uşaqlarımızın əylənməyə gözəl, yaraşıqlı bir güşəsi var artıq Zərdabda.
Yaradan əllər var olsun!
Cənab Prezident İlham Əliyevin bütün göstəriş və tövsiyələrinə qısa müddətdə ən yüksək şəkildə əməl edərək, uğurlu bir fəaliyyət sərgiləyən, Zərdab rayonunu abadlaşdıran, gözəlləşdirən rayon İcra Hakimiyyətinin başçısı, hörmətli qardaşımız Mərdan Camalova təşəkkürlərimizi bildirirəm.
Zərdablıların üzünü güldürdünüz, Mərdan müəllim!
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyiniz işgüzar fəaliyyətinizdə və Zərdab camaatının öz rayonuyla fəxr etmələrinə səbəb olan quruculuq işlərinizdə sizə daim yeni nailiyyətlər arzu edirəm!
Hörmətlə, Jalə Əliyeva,
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin Sədr müavini,
filologoya elmləri doktoru, professor
Etikxeber.az