Xorvatiya İngiltərəyə, Şimali Makedoniya Avstriyaya-UDUZDU – YENİLƏNİB – (5)

Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək.

Etikxeber.az xəbər verir ki, qarşılaşmaların ikisi C, biri isə D qrupunda baş tutacaq.

Günün ilk matçı D qrupunda İngiltərə və Xorvatiya yığmaları arasında olacaq. Londondakı “Uembli” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gələcək.

İlk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdəki “Milli Arena”da, ikinci oyun isə Amsterdamdakı “Yohan Kroyf Arena”da gerçəkləşəcək.

Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da start götürəcək.

15:30

***

İngiltərə-Xorvatiya qarşılaşması başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

17:20

***

Birinci hissədə hesab açılmayıb.

Hesab 0:0 olub.

17:51

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

Oyunda hesab hələlik açılmayıb-0:0.

18:07

***

Oyunda hesab açılıb.

İngiltərə millisi 1:0 önə çıxıb.

18:15

***

Oyun başa çatıb.

Qarşılaşma 1:0 hesabı ilə İngiltərənin xeyrinə başa çatıb.

18:51

***

C qrupunun ilk oyunu Buxarestdə baş tutub.

Avstriya final mərhələlərinin debütantı Şimali Makedoniya ilə qarşılaşıb. Franko Fodanın yetirmələri ilk dəqiqələrdə üstünlüyə yiyələnərək topa daha çox nəzarət edib. Bu müddətdə fərqlənən Ştefan Layner avstriyalıları hesabda önə keçirib.

İqor Anqelovskinin yetirmələri öncə oyunda, ardınca hesabda tarazlıq yaradıb. Çempionatın 4 ən yaşlı futbolçusundan olan Qoran Pandev fərqlənib. 37 yaşlı veteran azarkeşlərini ümidləndirib.

Matçın ikinci yarısı da Avstriyanın üstünlüyü ilə başlayıb. Hissənin ortalarında balkanlılar fəallığı artıraraq ardıcıl hücumlar təşkil edə bilib.

Ancaq daha iki qol vuran avstriyalılar 3 xalı 3 qolla qazanıb.

Öncə Mikael Qreqoriç, ardınca Marko Arnautoviç fərqlənib.

Beləliklə, oyun 3:1 Avstriya millisinin xeyrinə başa çatıb.

Etikxeber.az

Read Previous

Şuşanın Fəxri vətəndaşı-ƏRDOĞAN! – MUSA URUD YAZDI VƏ TƏKLİF ETDİ

Read Next

45 yeni yoluxma-SON SUTKADA KORONAVİRUSDAN ÖLÜM QEYDƏ ALINMAYIB…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir