“Bu gün Azərbaycan iqtisadiyyatının inkişafına və həyata keçirilən iqtisadi islaatların davam etdirilməsinə ciddi mane olan amil bank sektorunda yaranmış vəziyyətdir”.
Etikxeber.az xəbər verir ki, bunu parlamentdə Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə 2017-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, indiyədək aparılan düzgün pul-kredit siyasəti nəticəsəsində ölkəyə 200 mlrd dollar sərmayə cəlb edilib və ölkədə iri iqtisadi layihələr həyata keçirilib.
“Ancaq son iki ildə bank sektorunda yaranmış vəziyyət narahatlıq yaradır və iqtisadi inkişafı ləngidir. Cari ildə banklar tərəfindən iqtisadiyyatın inkişafına cəmi 700 mln manat həcmində kredit verilib ki, bu kiçik həcmlə də heç nə etmək olmaz”– deyə, komitə sədri vurğulayıb.
Komitə sədri əlavə edib ki, yaranmış vəziyyətdən çıxmaq üçün inflyasıyanı qorumaqala, maliyyə bazarında pul kütləsini artırmalıyıq.
“Bank sektoru bu gün real sektorun inkişafında yaxından işitrak etməkdən, bu sahəyə kredit ayırmaqdan çəkinir və ya bunu etmək istəmir. Amma hesab edirəm ki, bank sektoru real sektorun inkişafına yaxında iştirak etməli və öz töhfəsini verməlidir. Ümidvaram ki, hökumət bu təklifləri nəzərə alacaq və ölkə iqtisadiyyatının inkişafı üçün əlindən gələni edəcək”– deyə, Z.Səmədzadə deyib.
Etikxeber.az