“İnkişafı güclü infrastruktur təminatı olmadan təsəvvür etmək mümkün deyil…” – DEPUTAT

Azərbaycan iqtisadiyyatının sənaye potensialı gücləndirilir.

Etikxeber.az xəbər verir ki, bu fikri deputat İlham Məmmədov deyib.

İ.Məmmədov  bildirib ki, sənaye sektorunun inkişafının iqtisadi-siyasi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür.

Onun sözlərinə görə, belə ki, yüksək əmək tutumuna malik sənaye istehsalatları əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır.

MAMMADOV-1

“Ölkəmizdə qeyri-neft sənayesinin inkişafında son illərdə bütün respublika boyu yaradılan müasir infrastruktur fundamental amillərdən biri qismində çıxış edir. Sənaye inkişafını güclü infrastruktur təminatı olmadan təsəvvür etmək mümkün deyil. Son illərdə əsaslı dövlət vəsaiti qoyuluşu hesabına Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib ki, bunun da sayəsində respublikamızda sənaye quruculuğu üçün geniş perspektivlər açılıb. Respublikamızda müasir çağırışlar nəzərə alınmaqla qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət öz bəhrəsini verir. Əlamətdar haldır ki, son illərdə Azərbaycanda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeydə alınır”-deyə, deputat qeyd edib.

Azərbaycanda güclü sənaye potensialının olduğunu bildirən millət vəkili eyni zamanda,  son illərdə sənayeləşmə istiqmətində sənaye parklarının və sənaye məhəllərinin yaradılmasının, təkşil edilməsinin də mühüm addımlardan olduğunu sözlərinə əlavə edib:

“Bu istiqamətdə görülən işlər göz qabağındadır. Böyük irəliləyişlər, yeniliklər var və bu istiqamətdə işlərin daha da gücləndirilməsi, ölkəmizin sənaye ölkəsinə çevrilməsi yolunda atılan addımların daha da sürətləndirilməsi lazımdır. Bunun üçün hər cür imkan, potensial və ən əsası siyasi-iqtisadi iradə var”.

Etikxeber.az

Read Previous

Millət vəkili bakılı hacılardan birindən və nazirlikdən nə xahiş etdi?

Read Next

Çempionlar və Avropa liqası-III təsnifat mərhələsinin bir necə çütlüyü məlum oldu – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir