İnkişafın, tərəqqinin əksini tapdığı hesabat – MİLLƏT VƏKİLİ BELƏ DƏYƏRLƏNDİRDİ

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və son 16 ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət kursu arxada qoyduğumuz 2018-ci ildə də uğurla həyata keçirilmişidir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə hökumətinin, Nazirlər Kabinetinin son bir illik fəaliyyəti də əvvəlki illərdə olduğu kimi, kifayət qədər məhsuldar və zəngin olumuşdur. Azərbaycan hökuməti baş nazir cənab Novruz Məmmədov başda olmaqla, Azərbaycan dövləti və ölkə rəhbəri tərəfindən qarşıya qoyulan hədəflərə çatılmasında, verilən tapşırıq və göstərişlərin icrasında öz müsbət fəaliyyəti və bir sıra töhfələri ilə fərqlənmişdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov hökumətin (Nazirlər Kabinetinin)  son bir illik fəaliyyətinə həsr olunmuş hesabatına münasibətini bildirərkən deyib.

E. Səlimovun hesabatla bağlı fikirlərini olduğu kimi, təqdim edirik:

and-ilya

-Bu yerdə qeyd edək ki, ötən ilin aprel ayının 11-də ölkədə keçirilən və bütün demokratik standartlara cavab verən növbədənkənar prezident seçkilərinin nəticəsində qədirbilən, müdrik Azərbaycan xalqı növbəti dəfə Heydər Əliyev kursuna, Azərbaycanı 2003-cü ildən uğurla idarə edən və dünyanın lider dövlətlərindən birinə çevirən cənab Prezident İlham Əliyevə növbəti dəfə etimad göstərərək, ona 7 illik mandat vermişdir. Prezident seçkilərindən çox qısa bir müddət sonra isə hörmətli Artur Rasi-zadənin başçılıq etdiyi hökumət istefaya göndərilmiş (və ya buraxılmış) və yeni hökumətin formalaşdırılmasına qərar verilmişdir. Belə ki, 2018-ci ilin aprel ayının 21-də ölkə Prezidenti cənab Novruz Məmmədovun baş nazir vəzifəsinə təsdiqlənməsi ilə bağlı Milli Məclisə müraciət etmiş və onun müraciəti millət vəkilləri tərəfindən böyük razılıq hissi ilə qarşılanaraq, qəbul edilmiş, yeni baş nazirimizin namizədliyi təsdiqlənmişdir. Bununla da, Azərbaycanda yeni tərkibli hökumət formalaşdırılmışdır. Çox sevindirici haldır ki, hökumət üzvləri arasında bir zamanlar bizimlə həmkar olmuş bir sıra millət vəkilləri də yer almışdır.

HESABAT

Fürsətdən istifadə edib, Novruz Məmmədov başda olmaqla, yeni hökumətimizi bir illik fəaliyyətləri münasibəti ilə təbrik edir, onlara işlərində, Azərbaycan dövləti və xalqı naminə fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq və əminik ki, onlar dövlət başçısının etimadını və etibarını növbəti illərdəki fəaliyyətlərində də tam doğruldacaq, ölkə Prezidentinin rəhbərliyi həyata keçirilən daxili və xarici siyasət kursunun daha da uğurlu nəticələnməsinə öz töhfələrini vermiş olacaqlar. Ümumiyyətlə, ötən bir, yəni, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Ən əsası ötən il ilk müstəqil dövlətimizin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 ili tamam olmuş və ölkə Prezidentinin sərəncamı əsasında “Cümhuriyyət İli” çərçivəsində bu əlamətdar tarix çox yüksək səviyyədə qeyd edilmişdir.

O cümlədən, ötən ilin sentyabr ayının 21-də AXC-nin və Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi və təntənəli iclası keçirilmişdir. Dövlət başçısının da iştirak etdiyi və geniş nitq söylədiyi xüsusi və təntənəli iclasa dünyanın 40-dan artıq ölkəsinin parlamentariləri, həmçinin, beynəlxalq təşkilatların nümayəndələri qatılmışdı. İllər keçəcək, ancaq bu tarixi an yaddaşlardan, hafizələrdən silinməyəcək. Bütövlükdə götürdükdə dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, ötən il bir ildə də Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir.

Bildiyiniz kimi, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranırdı. Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alırdı və sair. Ancaq bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə vermişdir. Azərbaycan bu gün inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək. Keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatdı. Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var.

Onu da qeyd edək ki, bu ilin fevralında regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir və onun da digər dövlət proqramları kimi uğurla icra ediləcəyinə heç bir şübhə yoxdur. Tam əminliklə və qətiyyət hissi ilə deyə bilərik ki, keçən il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini də hər kəs görür. Bu yerdə onu da xüsusilə qeyd etməliyik ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, cəmi bir il ərzində biz 32 pillə irəliyə getmişik. Ümumi daxili məhsul (ÜDM), yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olmuşdur. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 fai, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artmışdır. Ötən il inflyasiya cəmi 2,3 faiz olmuş, əhalinin pul gəlirləri 9,2 faiz artmışdır.

ELDENIZ-1

Bununla da, əhalinin gəlirləri inflyasiyanı üstələmişdir. Manatın məzənnəsi sabitliyini qoruyub saxlamışdır.. Kənd təsərrüfatı 4,6 faiz artmış, ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulmuşdur. Həmçinin, keçən il valyuta ehtiyatlarımızı artıra bilmişik. Baxmayaraq ki, xərclər də az olmamışdır, amma valyuta ehtiyatlarımız 3 milyard dollar məbləğində artmışdır. Beləliklə, bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşmüşdür ki, bu da çox müsbət haldır. Yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Dövlət başçının da vurğuladığı kimi, “qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq”.

Bu baxımdan inanırıq və əminik ki, biz borcu tədricən azalda-azalda gedəcəyik. Həmçinin, keçən il 118 min daimi iş yeri yaradılmışdır. İşsizliyin aşağı səviyyədə saxlanması üçün bu, çox əhəmiyyətli məsələdir. İxrac 36 faiz artmış və 19 milyard dollara çatmışdır. Xarici ticarət balansında müsbət saldo – yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil etmişdir. Bununla yanaşı, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş, turist gəlmişdir ki, bu da 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləmişlər və bu, bir daha onu göstərir ki, turizmin inkişafı ilə bağlı aparılan siyasət öz müsbət nəticələrini verir. Bununla həm insanlarımız qazanır, həm iqtisadiyyatmımız, büdcəmiz gəlirlər əldə edir, həm də ölkəmiz tanınır, turzim ölkəsi kimi dünyada öz yerini təsdiqləyir.

ELDENIZ-3

Çox yaxşı haldır ki, dördüncü Dövlət Proqramında turizmin inkişafı məsələsinə növbəti dəfə geniş yer ayrılmışdır.Yəni, Şimal bölgəsində turizmin daha da sürətli inkişafı üçün Şahdağ dağ-xizək kurortuna dəmir yolunun çəkilməsi məsələsi nəzərdə tutulmuşdur. Hesab edirik ki, bu məsələ reallaşarsa, Azərbaycanda turzmin inkişafına çox böyük töhfə olacaq.Bir sözlə, ötən il müstəqil Azərbaycan dövlətinin inkişafında, tərəqqisində böyük rol oynamış və növbəti illərdə bu inkişafın davam etdirilməsi üçün böyük bir baza yaratmışdır. Odur ki, növbəti bir ildə və qarşıdakı illərdə də bu inkişafın, bu tərəqqinin şahidi olacağıq. Son olaraq, Azərbaycan hökumətinə, Nazirlər Kabinetinə son bir illik fəaliyyətinə görə minnətdarlğımızı ifadə edir və onlara növbəti dönəmlərdə də uğurlar, nailiyyətlər arzulayırıq.

Etikxeber.az

Read Previous

Nəsiminin nəşi Azərbaycana gətirilsin – TAHİR KƏRİMLİ

Read Next

Gövhər Baxşəliyeva İƏT Pİ-də Qarabağdan danışdı və… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir