İnönünün açdığı “19 Mayıs” stadionu sökdürülür: Yerində 41 min yerlik yeni stadion tikiləcək

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən “19 Mayıs” stadionunun sökülməsinə başlanılıb.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, buna səbəb stadionun köhnəlməsi, standartlara cavab verməməsi və tutum sayının az olmasıdır.

Stadionun sökülməsinin və onun yerində yeni stadionun tikilməsinin təşəbbüskarı isə Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Belə ki, stadionunu sökülməsi məsələsi 2008-ci ilə gündəmə gəlmiş və Ərdoğan həmin stadionun yerində yeni stadionun tikilməsi zərurətini vurğulamışdı.

Yəni, 19 min nəfərlik stadionun yerində 41 min yerlik stadionun tikilməsi planlaşdırılır.

“İndiyədək başkənndə standartlara cavab verəcək bir stadionumuz yoxuydu. Odur ki, “19 Mayıs” stadionu söküləcək və onun yerində ən müasir tələblərə uyğun gələcək bir stadion tikiləcək. Bu stadion 41 min yerlik olacaq”- deyə, Ərdoğan vurğulayıb.

Qeyd edək ki, artıq stadionun sökülməsinə başlanılıb və yeni stadionun 2019-cu ilin yayında istifadəyə verilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, müəllifi italyan memar olan adıçəkilən stadion 1936-cı ildə mərhum baş nazir İsmət İnönü tərəfindən açılmışdı. Həmçinin, 1938-ci ildə mərhum Atatürkün iştirakı ilə stadionda “19 Mayıs” kutlamaları düzənlənmişdi.

Etikxeber.az

Read Previous

FHN: Mingəçevirdə çoxmərtəbəli binada yanğın olub, iki nəfər xilas edilib

Read Next

Düşmən sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir