İnsan alveri insan ləyaqətinin alçaldılmasıdır – BAHAR MURADOVA – YENİLƏNİB

Milli Məclisin (MM) İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 2-də keçirilən birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatı müzakirə olunur.

Etikxeber.az-ın xəbərinə görə, komitələrin birgə iclasına sədrlik edən vitse-spiker Bahar Muradovanın sözlərinə görə, indiyə kimi, yəni, son 15 il ərzində Milli Koordinatorun illik məlumatı yalnız parlamentin plenar iclaslarında müzakirə olunub:

bahar-mm-3

“Bu il isə ilk dəfədir ki, plenar iclasdan öncə komitələrdə illik məlumatın müzakirəsi, dinləmələri keçirilir. Bu, çox önəmli bir addımdır və hesab edirəm ki, ümumi işimizə də xeyri var”.

O, deyib ki, illik məlumatda müsbət məqamlardan biri də odur ki, burada təkcə son bir il ərzində yox, 15 il ərzində görülən işlərə toxunulub:

“Eyni zamanda, mənim fikrimcə, cinayətkarlıq fəaliyyəti içərisində ən ağırı insan alverdidir. Çünki, bu, birbaşa insan ləyaqətinin alçaldılması deməkdir. Bu baxımdan da, insan alverinin qarşısının alınması, insan alverinə məruz qalan şəxslərin reabilitasiyası,  cəmiyyətə inteqrasiyası, onların profilaktikası çox mühüm məsələlərdəndir. Çox sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə çox ciddi və müsbət nəticələr əldə olunumaqdadır”.

***

fazail_agamali_141015

Adıçəkilən komitənin üzvü Fəzail Ağamalı deyib ki, kriminallaşmış, mütəşəkkil cinayətkarlıqla məşğul olan mafiyaya qarşı mübarzə aparmaq çox çətin işdir və bu baxımdan, çətinliyə baxmayaraq, DİN-in müvafiq qurumu bu məsələdə çox uğurlu nəticələr əldə etməkdədir:

“Bu fəaliyyətinizə görə sizə minnətdarlıq edir və uğurlar arzulayıram. İnanıram ki, bu çətin, ağır işinizdə daha böyük uğurlar əldə edəcəksiniz. İnsan alveri məsələsi hər bir millət üçün başaşağılığı gətirən bir məsələdir. Odur ki, DİN və onun müvafiq qurumuna bu işdə bir daha uğurlar arzulayıram”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Keçmiş məhkumların sosial adaptasiyası ilə bağlı qanuna dəyişiklik edilir

Read Next

Parlamentdə “dilənçilər”-“qaraçılar” mübahisəsi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir