“İnsan alverinə qarşı mübarizə çərçivəsində preventiv tədbirlərin sayı artırılmalıdır”-SEVİNC HÜSEYNOVA

Sevinc HÜSEYNOVA: “İnsan alveri qlobal bir problemdir və qapalı olmayan heç bir cəmiyyət bundan sığortalanmayıb”

Etikxeber.az-ın suallarını millət vəkili Sevinc Hüseynova cavablandırır:

-Sevinx xanım, dünən Milli Məclisdə (MM) İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı-hesabatı dinlənildi. Həmin hesabatı necə dəyərləndirirsiniz, hansı təklifləriniz var?

-Əvvəla, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatını bir daha müsbət qiymətləndirir və dəstəkləyirəm. Milli Məclisin dünənki iclasında da hesabata səs vermişdim. Bununla belə, bir məsələni, təklifimi də dilə gətirmək istərdim. Belə ki, hesabatda qeyd olunur ki, dünya statistikasına əsasən, insan alveri qurbanların üçdə biri uşaqlar, dörddə bir hissəsi isə qadınlardır. Cəzaçəkmə müəssisələrindən çıxan istər qadınlar, istər yeniyetmələr, sözsüz ki, daha çox risk qrupuna daxil olurlar. Bu baxımdan hesab edirəm ki, həmin şəxslər üçün, yəni qadınlar və yetkinlik yaşına çatmayan uşaqların məşğulluğunun təmin olunması üçün xüsusi müəssisələrin yaradılması preventiv tədbirlər içərisində yer almalıdır. Çünki bu, preventiv tədbirlər çərçivəsində növbəti mühüm addımlardan biri ola bilər.

-Yeri gəlmişkən, ölkəmizdə insan alverinə qarşı ciddi mübarizə tədbirləri aparılsa da, insan alveri qurbanlarının sayı azalmır ki, əksinə, artır. Bunların aradan qaldırılması, bu halların minimuma endirilməsi üçün daha hansı addımların atılması məqsədəuyğun olardı?

-Bilirsiniz, qanunvericilikdə sahəsində, yəni, hüquqi bazanın təkmilləşdirilməsi sahəsində görülən işlərin nəticəsi olaraq, ötən hesabat ilində bu istiqamətdə çox böyük addımlar atılıb. Konkret olaraq, Miqrasiya Məsəlləsinə, “Gənclər siyasəti haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunlara çox ciddi dəyişikliklər edilib. Bununla yanaşı,Xəzəryanı ölkələrin bu sahədə mübarizə ilə bağlı icra etdiyi bir mexanizmi də yaradılıb. Həmçinin, rentiqrasiya çərçivəsində insan alverinin qurbanlarına vəsait məbləği artırılıb, 400 manatdan 700 manatadək qaldırılıb. Bu istiqamətdə mühüm addımlardan biri də odur ki, “Uşqaların cinsi istismarı və cinsi zorakılığının müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası ratifikasiya edilib. Bunun özü də çox mühüm addımlardır.

Bəli, bu istiqamətdə ciddi tədbirlər görülür, ancaq bununla yanaşı, artım da müşahidə olunur. Hesab edirəm ki, bu, demoqrafik artımla bağlı ola bilər, yəni, əhalinin sayının artımı nəticədə bu məsələyə də öz təsirini göstərmiş olar. İkinci ciddi məsələ o ola bilər ki, əvvəllər müəyyən faktlar gizlənilirdi. Bir çoxları bunu açıq şəkildə, insan alverinin qurbanı olduğunu deyə bildirilmirdi. Ancaq indi onlar da deyir, gizlətmir. Ona görə rəqəmlər, statistika da artır. Digər tərəfdən, beynəlxalq miqrasiya məsələsinin də təsiri mümkündür. Çünki bu, qlobal bir problemdir və heç bir qapalı olmayan cəmiyyət bundan sığortalanmayıb.

Ancaq bununla belə, cəza tədbirləri ilə yanaşı, preventiv tədbirlərin sayı da artırılmalıdır və qabaqlayıcı tədbirlərə də daha çox üstünlük verilməlidir. Səbəblər aradan qaldırılmalıdır və bu səbəblərin aradan qaldırılması çərçivəsində, sözsüz ki, bayaq qeyd etiyim tədbirlərə də yer vermək lazımdır. Yəni, risk qrupuna daxil olan insanlar əsas nədən irəli gələrək, qurbanlar siyahısına düşürlər. Biz həmin o səbəblərin qarşısını almalıyıq.

Bu yerdə həmçinin xatırladım ki, 2019-cu ildə “İnsan alverinin, xüsusilə, uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında BMT-nin Palerma Protokolu”nun 15 illiyi qeyd edilmişdir. Hesab edirəm ki, insan alverinə qarşı mübarizə istiqamətində Palerma Protokolu çox mühüm əhəmiyyətli bir sənəddir.

Etikxeber.az

Read Previous

“Öz övladını yaramaz yola vadar edən və ya buna imkan yaradan valideynlər barədə inzibati cəza tədbirləri sərtləşdirilməlidir”-MM-İN KOMİTƏ SƏDRİNDƏN TƏLƏB

Read Next

Nazirlikdən-İŞƏGÖTÜRƏNLƏRƏ XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir