“İnsan hüquqlarından danışanda Qarabağ münaqişəsi də unudulmamalıdır” – Ştaynmeyer

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının oktyabrın 13-də keçirilən plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmeyer çıxış edib.

Etikxeber.az-ın məlumatına görə, nazir Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyətinə toxunaraq, qurumun əhatə etdiyi məkanda baş verən münaqişələrə, tanınmamış ərazilərə diqqət çəkib.

Bildirib ki, Avropa məkanında insan hüquqlarının qorunmasından danışanda Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağ münaqişələri unudulmamalıdır: “Avropa məkanında belə münaqişələr olmamalıdır”.

Etikxeber.az

Read Previous

Borclu vergi ödəyiciləri üzrə risk qrupları müəyyən ediləcək – VERGİLƏR NAZİRLİYİ

Read Next

Kralı vəfat etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir