“İnsanlar transplantasiya olunmuş orqanlarla uzun illər yaşayır” – MUSA QULYEV – YENİLƏNİB

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi  bu gün müzakirələrə çıxarılacaq.

Etikxeber.az-ın xəbərinə görə,  adıçəkilən qanun layihəsi ilkin olaraq, parlamentin Səhiyyə komitəsinin bugünkü növbəti iclasında müzakirə olunacaq.

MECLIS_OQTAY_YENI

Qeyd edək ki, jurnalistlərin geniş iştirakı olmadan keçiriləcək iclasda komitə üzvləri ilə yanaşı mütəxəssislər və Səhiyyə Nazirliyinin rəsmiləri iştirak edəcəklər.

Müzakirələrdən sonra qanun layihəsinin birinci oxunuşda  parlamentin plenar iclasına tövsiyəsi nəzərdə tutulur.

***

Komitənin sədri Əhliman Əmiraslanov  iclası açaraq,  adıçəkilən sənədin  qəbul edilməsinin çox aktual məsələlərdən biri olduğunu bildirib.

Komitə sədri qanun layihəsinin hazırlanması üçün parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi ilə işçi qrupun yaradıldığını, qanun layihəsinin hazırlanmış ilkin variantına dair dinləmələr keçirildiyini qeyd edib.

Qanun layihəsinin indiki variantında müzakirələr zamanı səsləndirilmiş bir çox təkliflər nəzərə alınıb. Bu qanun ölkəmizdə insan orqanlarının və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

Qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən M. Quliyev bildirib ki, transplantasiya tibbdə yeni sahə olsa da, çox sürətlə inkişaf edir. Xüsusilə, son 50-60 ildə orqan transplantasiyası daha da aktuallaşıb. Təcrübə göstərir ki, insanlar transplantasiya olunmuş orqanlarla uzun illər  yaşaya  bilirlər.

Qeyd olunub ki, qanun layihəsi 5 fəsil, 36 maddədən ibarətdir. Layihədə insan orqanlarının donorluğu və onların transplantasiyasının təşkili və əlaqələndirilməsi, transplantasiya məqsədilə canlı donordan və meyitdən orqanların götürülməsi məsələləri öz əksini tapıb.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri İlham Məmmədov, Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Səhiyyə Nazirliyinin və müvafiq qurumların mütəxəssisləri qanun layihəsini yüksək qiymətləndiriblər, layihə barədə qeyd və təkliflərini bildiriblər.

İclasda Səhiyyə komitəsinin sədr müavini, İşçi qrupunun rəhbəri M. Quliyev səsləndirilən təkliflərə münasibət bildirib.

Müzakirələrdən sonra “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda MM-in plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Məsuliyyətimi tam şəkildə dərk edirəm…” – MİKAYIL CABBAROV – FOTO

Read Next

“Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir