Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik Ziyad Səmədzadənin Seçki Qərargahı sözün əsl mənasında qələbəliyi xatırladır.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, Seçki Qərargahı hər gün, hər an seçicilərlə, adıçəkilən Dairənin sakinləri-nüfuzlu ziyalılar, elm xadimləri, sahibkarlar, ictimai-siyasi xadimlər, sadə vətəndaşlarla dolub-daşır.
Seçki Qərargahında necə deyərlər, insan əlindən, insan selindən tərpənmək olmur.
Eyni zamanda, Seçki Qərargahının üzvləri bir an belə fəaliyyətlərinə, işlərinə ara vermir.
Bu gün də, fevralın 2-də də Seçki Qərargahına onlarla insan-seçici axın edib və hazırda bu axın davam etməkdədir.
Seçki Qərargahına gələnlər deputatlığa namizədə öz xoş və səmimi arzularını bildirib, ölkədə görülən işlərdən danışıb, atılan addımları müsbət qiymətləndirib, eyni zamanda, Z. Səmədzadəyə dəstəklərini ifadə edib, bir nəfər kimi, 9 fevralda onu dəstəkləyəcəklərini dilə gətiriblər.
Eyni zamanda, Z. Səmədzadə hər bir insanla, Səbail və Nəsimi sakinləri ilə ümumi və fərdi qaydada görüşüb, onların hər birinin fikirlərini dinləyib, səslənən fikirlərə öz münasibətini bildirib və tövsiyələrini verib.
Həmçinin, dəstəklərinə görə, öz minnətdarlığını və təşəkkürlərini çatdırıb.
Bugünkü (səhər saatlarında) olan görüşlərdən bəzi fotoları təqdim edirik:
Etikxeber.az